Bazar gününə gözlənilən hava şəraiti açıqlandı
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, avqustun 5-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 24-26°, gündüz 28-33° isti, Bakıda gecə 24-26°, gündüz 30-32° isti təşkil edəcək.
Atmosfer təzyiqi 755 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək . Nisbi rütubət gecə 65-75 %, gündüz 45-55 % olacaq.
Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuqulba) arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 25-26° isti təşkil edəcək. Abşeronun cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 26-27° isti təşkil edəcək. Şimal-qərb küləyinin arabir güclənməsi ilə əlaqədar çimərliklərə üz tutanların ehtiyatlı olması tövsiyə olunur.
Azərbaycanın əksər rayonlarda hava şəraiti əsasən yağmursuz olacaq. Lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 20-25°, gündüz 32-37° isti, dağlarda gecə 12-17°, gündüz 22-27° isti təşkil edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
13 d. əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 20 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)












.jpg)

