Manat yenidən spekulyativ təzyiq ilə qarşı-qarşıyadır
Türk Lirəsinin Dollar qarşısında kəskin dəyərdən düşməsi daxil, Azərbaycanın əsas ticarət tərəfdaşlarının milli valyutalarının ucuzlaşması Azərbaycan Manatına az da olsa yenidən spekulyativ təzyiq yaradıb. Qeyd edək ki, bu təzyiq hələlik güclü deyil.
“Marja”nın məlumatına görə, bir neçə gün öncə Mərkəzi Bankın sədri Elman Rüstəmovun “ciddi təhdidlər var” açıqlaması da təzyiqin yaranmasının səbəblərindən biridir.
"Risklərdən xüsusilə xarici riskləri qeyd etmək istəyirəm. Azərbaycanın əsas ticarət tərəfdaşı olan ölkələrdə cox ciddi məzənnə və inflyasiya volatilliyi (dəyişkənliyi) görürük. Azərbaycana idxalın ciddi arta biləcəyi potensialını (riskini) görürük. Bunlar Azərbaycanın rəqabət qabiliyyətini poza bilər. Ölkəmizin rəqabət qabiliyyətinin qorunması, qeyri-neft sektorunun ixracının artırılması üzrə görülən tədbirlərin effektivliyini qoruyub saxlamaq üçün müəyyən qabaqlayıcı tədbirlər görülüməlidir",- Elman Rüstəmov demişdi.
Bankların bir neçə günlük valyuta məzənnələrini müqayisə etdikdə görünür ki, Dollar Manat qarşısında cüzi də olsa bahalaşma meylindədir. Məsələn, bir neçə gün öncə Dolları 1.6980 manata alan banklar alış qiymətini qiymətini 1.70 manata, satışı qiymətini isə 1.7010 manatdan 1.7020-1.7030 manata qaldırıblar.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
Bir neçə gün öncə Dövlət Neft Fondu İyul ayında İyun ayı ilə müqayisədə valyuta satışının 22% artdığını açıqladı. Belə ki, Neft Fondu tərəfindən 2018-ci ilin iyul ayı ərzində 536,6 milyon ABŞ dolları məbləğində vəsait satılıb. Fond 2018-ci ilin iyun ayı ərzində 439 milyon ABŞ dolları məbləğində vəsait satmışdı.
Bu gün neftin qiymətinin yüksək olması ilə əlaqədar olaraq Azərbaycanın tədiyyə balansı profisitə malikdir, sadə şəkildə desək ölkəyə daxil olan valyuta kütləsi ölkədən çıxan valyuta kütləsini üstələyir. Bu da Manatın bahalaşması istiqamətində təzyiq yaradır.
Digər tərəfdən, Azərbaycanın əsas ticarət tərəfdaşlarının milli valyutalarının ucuzlaşması, Azərbaycan Manatının məzənnəsinin isə sabit qalması ixracımız üçün əlverişli deyil. Həm xarici bazarlarda Azərbaycanın ixrac qabiliyyəti azalır, həm də ölkəmizə xarici məhsulların idxalı artır. Bu gün marketlərdə bir çox xarici məhsullar yerli istehsal məhsullardan daha ucuz və ya eyni qiymətlərə satılır. Bu, yerli istehsalı və dövlət büdcəsini ziyana salır.
İdxalın artması Azərbaycandan daha çox valyutanın çıxması, ucuzlaşmayan milli valyutaya görə yerli şirkətlərin ixraclarının azalması isə ölkəyə daha az valyutanın daxil olması deməkdir.
Bazarda yaranmış vəziyyət bir çox insanları ehtiyatlı olmağa vadar edib. Hesab edilir ki, yerli istehsalın və ixracatçıların qorunması üçün Manat bir qədər ucuzlaşdırıla bilər. Bu yanaşma ilə əlaqədar olaraq dollar alanlar əvvəlki günlər ilə müqayisədə artıb.
Açıqlamalarına inansaq, Mərkəzi Bank Dollar/Manat məzənnəsini yuxarı istiqamətdə hərəkətə gətirmək niyyətində deyil. Hərraclarda Dollar təklifinin tələbi üstələdiyi bildirilir. Buna baxmayaraq rəsmi Dollar/Manat məzənnəsi 1.7000 manatda qalmaqda davam edir.
Qeyd edək ki, bu ilin Aprel ayında da Manata spekulyativ hücum olmuş və Mərkəzi Bank bu hücumu dəf etmişdi.
Bəs spekulyativ nə deməkdir? İzahını belə verək: Yaxın gələcəkdə qiymətin artıb-azalmasını təxmin etməyə çalışaraq mövqe alanlara spekulyator, onların apardığı əməliyyatlara isə spekulyativ əməliyyatlar deyilir. Spekulyator bazarda qiymətin ucuzlaşdığını düşünərək alış, yüksələcəyini düşünərək isə satış edir. Spekulyatorların alışları nəticəsində qiymətlər yüksələ, satışları nəticəsində isə düşə bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
-
14 d. əvvəl
PAŞA Bank növbəti “Bazar trendləri və hedcinq məhsulları” tədbirini keçirib
-
- 20 d. əvvəl
-
30 d. əvvəl
Süni intellekt əsaslı çağrı mərkəzlərinin rəqəmsal transformasiyada rolu - MÜSAHİBƏ
-
39 d. əvvəl
Azerconnect Group İçərişəhərdə süni intellekt əsaslı həllər tətbiq edəcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
Nazir müavini: "2030-cu ilə qədər mal əti istehsalının 20 %-dən çox artırılması hədəflənir"
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Gömrük Komitəsinin büdcə öhdəliyini yerinə yetirə bilməməsinin səbəbləri məlum olub
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 13-də gözlənilən hava şəraiti
Nazir müavini: "2030-cu ilə qədər mal əti istehsalının 20 %-dən çox artırılması hədəflənir"
"Bəzi sahələrə ayrılan subsidiyalar səmərəsizdir"
Ən çox oxunanlar
"Dövlət müəssisələri daha çox dividend ödəyə bilər"
Gömrük Komitəsinin büdcə öhdəliyini yerinə yetirə bilməməsinin səbəbləri məlum olub
Əliyev Putini təbrik etdi
AzVak-da yeni iş elanları - SİYAHI
Bank Respublika “Ümumdünya Qan Donoru Günü” ərəfəsində ənənəvi qanvermə aksiyası keçirib
FAB boya ixrac xəritəsini genişləndirir: növbəti hədəf- Şimali Afrika və Yaxşı Şərq bazarı
ABŞ “İranla müharibə ilə bağlı böyük bir razılaşma əldə edib” və bu, “sənədlərin yekunlaşdırılmasına” bağlıdır





















