SOCAR Almaniya şirkətinin Türkiyədəki biznesini ala bilər
Almaniyanın nəhəng şirkəti EWE Türkiyədən çıxır.
"Marja" Türkiyə mətbuatına istinadən xəbər verir ki, EWE-nin, şəhərdaxili qaz paylamasını həyata keçirən "Bursagaz" və "Kayserigaz" şirkətlərindəki səhmlərini satmaq üçün potensial alıcılarla apardığı danışıqlar böyük miqyasda başa çatıb.
ONLAYN MÜRACİƏTLƏ 1 İŞ GÜNÜNƏ MANAT KREDİTLƏRİ
Türkiyədə milyardlarla dollarlıq zavod və neft kəmər investisiyaları ilə tanınan Azərbaycanın dövlət neft şirkəti SOCAR, ən güclü namizəd kimi önə çıxır. Satınalma üçün danışılan məbləğin 200-250 milyon dollar olduğu bildirilir. Səhmləri almaq üçün SOCAR-ın ən yaxın rəqibi "Kolin" şirkətidir.
"EWE Turkey Holding" Almaniyanın "EWE AG" şirkətinin tərkibindədir. Almaniya şirkəti 2007-ci ildə Türkiyənin enerji bazarına daxil olmuşdu. EWE-nin "Bursagaz", "Kayserigaz", "EWE Enerji", "Enervis" ve "Millenicom" olmaqla 5 şirkətdə payı var.
SOCAR-ın almaq istədiyi "EWE Enerji" illik 2-2.5 milyard kubmetrlik qaz tədarük həcmi ilə Türkiyənin ən böyük özəl topdan satış portfelini idarə edir. SOCAR-ın, bazara nisbətən daha münasib qiymətli bu qazın önəmli hissəsini STAR Neft Emalı Zavodunda istifadə etməyi planlaşdırdığı qeyd olunur.
EWE, "Bursagaz" və "Kayserigaz"da 80 faiz paya malikdir. "Çalık Enerji"nin "Bursagaz" və "Kayserigaz"da 10 faiz payı var. Qalan 10 faiz səhmlər də bələdiyyələrə aiddir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 2 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 15 saat əvvəl
-
17 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 17 saat əvvəl
- 22 saat əvvəl
-
22 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 22 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















