0,7 faiz azalma 10,7 faiz artımın 10 bəndini silib
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2018-ci ilin yanvar-iyul aylarında 27,5 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,7 faiz çox sənaye məhsulu istehsal edilmişdir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 10,7 faiz artmış, neft sektorunda isə 0,7 faiz azalmışdır.
Sənaye məhsulunun 73,2 faizi mədənçıxarma sektorunda, 22,1 faizi emal sektorunda, 4,1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.
Mədənçıxarma sektorunda neft hasilatı 0,3 faiz artmış, əmtəəlik qaz hasilatı isə 3,6 faiz azalmışdır.
Emal sektorunda avtomobil, qoşqu və yarımqoşquların istehsalı 31,3 dəfə, elektrik avadanlıqlarının istehsalı 3,0 dəfə, tütün məmulatlarının istehsalı 2,9 dəfə, poliqrafiya məhsullarının istehsalı 2,7 dəfə, mebel istehsalı 2,1 dəfə, toxuculuq sənayesi məhsullarının istehsalı 64,2 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 54,4 faiz, tikinti materiallarının istehsalı 31,7 faiz, hazır metal məmulatlarının istehsalı 28,2 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 14,3 faiz, içkilərin istehsalı 9,0 faiz, əczaçılıq məhsullarının istehsalı 1,2 faiz , geyim istehsalı 0,7 faiz artmış, kimya sənayesi məhsullarının istehsalı 1,3 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 2,0 faiz, qida məhsullarının istehsalı 2,4 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 9,3 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 10,7 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 12,0 faiz, maşın və avadanlıqların istehsalı 15,2 faiz, sair nəqliyyat vasitələrinin istehsalı isə 62,4 faiz azalmışdır.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 4,7 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 1,1 faiz artmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 19 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb



















