Plastik qabların toplanması və çeşidlənməsi üçün konteynerlər yerləşdiriləcək
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları tərəfindən bərk məişət tullantılarının, o cümlədən plastik tullantıların düzgün idarə olunmasını yoxlamaq məqsədilə reydlər keçirilib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, reydlər zamanı Lənkəran şəhərinin Xəzər sahili ərazisindəki obyektlərin fəaliyyəti zamanı yaranan məişət tullantılarının qalaqlanması və plastik qabların toplanaraq yandırılması faktlarına qarşı 6, Salyan rayonunun Çuxanlı və Neftçala rayonunun Kürqarabucaq kəndlərinin ərazisində məişət tullantılarının qalaqlanaraq yandırılması faktlarına qarşı 3, Beyləqan rayonu, 20 Yanvar küçəsi yaxınlığında məişət tullantılarının qalaqlanaraq yandırılması faktlarına qarşı 1, Balakən, Zaqatala, Qax və Şəki rayonları ərazisində plastik qabların qalaqlanaraq yandırılması faktlarına qarşı 5 protokol tərtib olunub.
Qeyd edək ki, plastik tullantıların idarə olunması və ətraf mühitə təsirinin azaldılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə başlanılan kampaniya çərçivəsində ümumilikdə 7 şəhər və rayon üzrə plastik qabların toplanması və çeşidlənməsi üçün 20 konteyner yerləşdirilib. ETSN ilə yanaşı, rayon İcra hakimiyyətləri və “AzEkol” MMC-nin dəstəyi ilə yaxın günlərdə digər rayon mərkəzlərində 20 konteynerin yerləşdirilməsi nəzərdə tutulub.
Təqdirəlayiq haldır ki, bir neçə rayon İcra hakimiyyəti tərəfindən də konteynerlərin yerləşdirilməsi ilə bağlı ETSN-yə müraciətlər olunub. Belə ki, Binəqədi rayon İcra Hakimiyyətinin müraciəti əsasında rayonun Heydər Əliyev Parkı ərazisində 1 ədəd konteyner yerləşdirilib.
ETSN plastik tullantıların idarə edilməsi ilə bağlı müvafiq qurumları üzərlərinə düşən vəzifələri yerinə yetirməyə, əhalini isə plastik tullantılardan istifadənin tədricən azaldılmasına və çeşidlənməsinə dəstək olmağa, bu işdə öz töhfələrini verməyə çağırır.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
- 2 d. əvvəl
-
54 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 57 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
İyunun 12-də gözlənilən hava şəraiti
Qızılın qiyməti son 6 ayın ən aşağı səviyyəsinə düşüb
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Ən çox oxunanlar
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Rəsmi məzənnələr açıqlandı
























