ARDNF səhmlər və daşınmaz əmlaka investisiyalarını artırıb
ARDNF-nin investisiya strategiyasının əsasını irihəcmli itkilərin minimuma endirilməsi şərti ilə münasib gəlirliliyin əldə edilməsi təşkil edir. Portfelin maliyyə alətləri və ölkələr üzrə geniş diversifikasiyasının təmin edilməsi, eləcə də makroiqtisadi mühitin daimi təhlili bu məqsədə nail olmağa xidmət edən amillərdəndir.
“Marja” Fondun illih hesabatına istinadən xəbər verir ki, 2017-ci il İnvestisiya siyasətinə əsasən investisiya portfeli aşağıdakı alt portfellərə bölünmüşdür:
- 60% - borc öhdəlikləri və pul bazarları alətləri;
- 25% - səhm;
- 10% - daşınmaz əmlak;
- 5% - qızıl.
2017-ci ilin dekabr ayına olan vəsaitlərin strateji bölgüsünə əsasən ARDNF-nin investisiya portfelinin 76,3%-i sabit gəlirli qiymətli kağızlar və pul bazarı alətlərindən, 14,9%, 3,5%, 5,3%-i isə müvafiq olaraq səhmlər, qızıl və daşınmaz əmlak investisiyalarından ibarət olmuşdur.
Portfel 31.12.2016
-Sabit gəlirli qiymətli kağızlar 80,0%
-Səhmlər 12,2%
-Daşınmaz əmlak 4,4%
-Qızıl 3,4%
Portfel 31.12.2017
-Sabit gəlirli qiymətli kağızlar 76,3%
-Səhmlər 14,9%
-Daşınmaz əmlak 5,3%
-Qızıl 3,5%
Hədəf portfeli 31.12.2017
-Sabit gəlirli qiymətli kağızlar 60%
-Səhmlər 25%
-Daşınmaz əmlak 10%
-Qızıl 5%
Xarici menecerlər tərəfindən idarə olunan vəsaitlər 2017-ci ilin dekabr ayının nəticələrinə əsasən investisiya portfelinin 11,4%-i xarici menecerlər tərəfindən idarə edilir.
ARDNF-nin vəsaitlərinin idarə olunmasında xarici menecerlərin xidmətlərindən istifadə edilməsi onların müvafiq sahələrdəki bilik və bacarıqlarından faydalanmaq, eləcə də qabaqcıl dünya təcrübəsinin daxili idarəetmədə olan portfelə tətbiqi nöqteyi-nəzərindən ciddi əhəmiyyət kəsb edir.
ARDNF-nin vəsaitlərinin bir hissəsi aşağıda qeyd edilən xarici menecerlər tərəfindən idarə olunur:
Sabit gəlirli qiymətli kağızlar üzrə:
-Dünya Bankı – ARDNF-nin aktivlərinin 228 milyon ABŞ dollarını (ARDNF-nin aktivlərinin 0,6%-ni) idarə edir.
- “Deutsche Bank Advisors” – ARDNF-nin aktivlərinin 104 milyon ABŞ dollarını (ARDNF-nin aktivlərinin 0,3%-ni) idarə edir.
Səhmlər üzrə:
- “UBS Asset Management” – ARDNF-nin aktivlərinin 1 598 milyon ABŞ dollarını (ARDNF-nin aktivlərinin 4,5%-ni) idarə edir.
- “State Street Global Advisors” (SSgA) – ARDNF-nin aktivlərinin 1 493 milyon ABŞ dollarını (ARDNF-nin aktivlərinin 4,2%- ni) idarə edir.
- “Mellon Capital Management” – ARDNF-nin aktivlərinin 332 milyon ABŞ dollarını (ARDNF-nin aktivlərinin 0,9%-ni) idarə edir.
- “BlackRock Investment Management”– ARDNF-nin aktivlərinin 315 milyon ABŞ dollarını (ARDNF-nin aktivlərinin 0,9%-ni) idarə edir. Q
Qızıla investisiya
İnvestisiya siyasətinə əsasən investisiya portfelinin məcmu dəyərinin 5%-ə qədəri qızıla investisiya edilə bilər. 2017-ci ilin sonuna ARDNF-nin investisiya portfelinə daxil edilmiş qızılın miqdarı 30 175 kq (970 146 troya unsiyası) təşkil etmişdir. 11 yanvar 2013-cü il tarixindən etibarən alınmış qızılın Azərbaycana gətirilərək müvəqqəti olaraq ARMB-də saxlanılmasına başlanılmışdır və artıq 2016-cı ilin sonuna ölkəyə gətirilmiş qızılın miqdarı 30 169 kq təşkil etmişdir. 2017-ci il ərzində isə qeyd edilən qızılın ARDNF-nin inzibati binasında inşa edilmiş xəzinəyə gətirilməsi başa çatmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 2 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 15 saat əvvəl
-
17 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 17 saat əvvəl
- 22 saat əvvəl
-
22 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 22 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb























