Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

“Atəşgah Həyat” iri sığorta ödənişləri həyata keçirib

iç səhifə xəbər başlığı altı (mobil)_31
 “Atəşgah Həyat”  iri sığorta ödənişləri həyata keçirib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan sığorta bazarının liderlərindən biri “Atəşgah” Sığorta Qrupuna daxil olan “Atəşgah Həyat” şirkəti 2018-ci ilin birinci yarimilliyi ərzində İpoteka həyat sığortası və İstehsalatda bədbəxt hadisələrdən icbari sığorta üzrə bir sıra iri ödənişlər həyata keçirib.

 

Şirkətdən “Marja”ya daxil olmuş məlumata görə, ipoteka həyat sığortası üzrə sığorta olunan şəxs arteriyaların emboliyası və trombozu səbəbilə vəfat etmiş, nəticədə həmin şəxsin ipoteka krediti üzrə 20 967 AZN məbləğində sığorta ödənişi “Atəşgah Həyat” SŞ tərəfindən həyata keçirilmişdir. İpoteka krediti üzrə həyat sığortası olan digər şəxsə sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə birinci dərəcəli əlillik təyin edilməsi səbəbindən şirkət sığorta olunana ipoteka krediti üzrə 26 917 AZN ödəniş etmişdir.

 

PULSUZ DEMO HESABI İLƏ FOREX-İ RİSKSİZ ÖYRƏNİN!

 

Bundan əlavə, eyni dövr ərzində istehsalatda bədbəxt hadisələrdən icbari sığorta üzrə sığortalanan elektrik mühəndisinin elektrik xətlərinin təmiri zamanı cərəyan vurması nəticəsində vəfatı hadisəsinə görə faydalanan şəxslərə ümumilikdə 41 784 AZN məbləğində sığorta ödənişi edilmişdir. Şirkət həmçinin tikintidə çalışan və istehsalat qəzası nəticəsində vəfat etmiş şəxsin faydalanan şəxslərinə 12 130 AZN ödəniş etmişdir.

 

Yüksək etibarlılıq imicinə sahib olan “Atəşgah” SŞ 1996-ci ildə yaranıb. 

28.08.2018 12:43
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Bank 96 ədəd RAM alır
Bank 96 ədəd RAM alır
18.09.2025 16:48
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18