Gənclər üçün iş yerləri yaradan şirkətlər həvəsləndiriləcək - MAAŞLARI ÖDƏNİLƏCƏK

“Marja”nın məlumatına görə, qaydalarda diqqəti cəlb edən yeniliklərdən biri gənclərin əməkhaqqının qismən maliyyələşdirilməsidir.
Belə ki Fond, Nizamnaməsinə uyğun olaraq, gənclərin məşğulluğunu təmin etmək, eləcə də işə düzəlməkdə çətinlik çəkən gənclər üçün əlavə iş yerləri yaradan işəgötürənləri həvəsləndirmək məqsədilə, aşağıdakı tələblər nəzərə alınmaqla, gənclərin əməkhaqqının qismən maliyyələşdirilməsini həyata keçirəcəkdir.
Qaydalara görə, maliyyə vəsaiti işəgötürənlə Fond arasında bağlanmış razılaşma müqaviləsinə uyğun olaraq gənclərin işə cəlb edilməsini nəzərdə tutan layihələr çərçivəsində ayrılır və işəgötürənin hesabına köçürülür.
Gənclərin işə cəlb edilməsini nəzərdə tutan layihələr çərçivəsində işəgötürənlə gənclər arasında bağlanmış əmək müqaviləsinin müddəti 1 (bir) ildən az olmamalıdır.
Gənclərin əməkhaqqının Fondun vəsaiti hesabına maliyyələşdirilən hissəsi, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin əvvəlki il üçün müəyyən etdiyi orta aylıq əməkhaqqından çox, lakin minimum aylıq əməkhaqqından az olmamaq şərtilə, işəgötürənin ştat vahidi üzrə nəzərdə tutulmuş əməkhaqqının (vəzifə maaşının) və əməkhaqqına əlavələrin (əməyin ödənişi fondundan hesablanan məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sığorta haqqı, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqı) 50 faizini təşkil edəcəkdir.
Gənclərə ödəniləcək əməkhaqqının qismən maliyyələşdirilməsi 3 aydan az, 12 (on iki) aydan çox olmayan müddəti əhatə edəcəkdir.
Fond bu maliyyə vəsaiti ayırarkən əlilliyi olan, eləcə də ali, orta ixtisas və ya peşə təhsili olan işaxtaran və ya işsiz gənclərə üstünlük verəcəkdir.
Gənclərin işə cəlb edilməsini nəzərdə tutan layihələr çərçivəsində gənclərə ödəniləcək əməkhaqqının qismən maliyyələşdirilməsi üçün işəgötürənlərin müraciətlərinin qəbulu və qiymətləndirilməsi, onlara baxılma və işəgötürənlərin seçilməsi qaydasını, habelə işəgötürənlər tərəfindən təqdim olunacaq məlumatların siyahısını Fondun Şurası müəyyən edəcəkdir.
Fond gənclərin işə cəlb edilməsini nəzərdə tutan layihələr çərçivəsində son 1 (bir) ildə fəaliyyətdə olan və müraciət tarixinə yerinə yetirilməmiş vergi öhdəliyi və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəlikləri olmayan, son 1 (bir) ildə iş yerlərini ixtisar və ya ləğv etməyən, kiçik və orta sahibkarlıq subyekti hesab olunan işəgötürənlərə üstünlük verəcəkdir..
PULSUZ DEMO HESABI İLƏ FOREX-İ RİSKSİZ ÖYRƏNİN!
Gənclərə ödəniləcək əməkhaqqının qismən maliyyələşdirilməsinə dair Fondla işəgötürən arasında bağlanmış razılaşma müqaviləsində aşağıdakı məlumatlar əks olunmalıdır:
- Fondun vəsaiti hesabına əməkhaqqının qismən maliyyələşdirilməsinə razılıq verilmiş iş yerləri;
- əməkhaqqının Fondun vəsaiti hesabına maliyyələşdirilən hissəsi;
- əməkhaqqının Fondun vəsaiti hesabına maliyyələşdiriləcəyi müddət;
- tərəflər arasında məlumat mübadiləsi və hesabat;
- tərəflərin hüquq və vəzifələri;
- razılaşma müqaviləsinin tərəflərin təşəbbüsü ilə pozulmasının nəticələri.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 35 d. əvvəl
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 13 saat əvvəl
-
19 saat əvvəl
"ZirvədəSən" təcrübə proqramı başa çatıb - 21 iştirakçı “PAŞA Bank” ailəsinin üzvü olub
-
20 saat əvvəl
Azərbaycan “NVIDIA” və “Microsoft”a yatırımlar kəskin artırıb
- 20 saat əvvəl
-
21 saat əvvəl
Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Aqrar Sığorta Fonduna müraciətlər kəskin artıb
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Sentyabrın 28-də gözlənilən hava şəraiti

AzMDF-in anbarında baş vermiş yanğın məhdudlaşdırılıb

İri supermarket şəbəkəsinin daha bir şöbəsi açılır

Azərbaycan neftinin son qiyməti

"ZirvədəSən" təcrübə proqramı başa çatıb - 21 iştirakçı “PAŞA Bank” ailəsinin üzvü olub

Azərbaycan “NVIDIA” və “Microsoft”a yatırımlar kəskin artırıb
Ən çox oxunanlar

Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Aqrar Sığorta Fonduna müraciətlər kəskin artıb

Expressbank sahibkarlar üçün “Maliyyə savadlığı” təlimi keçirib

Naxçıvan Dövlət Su Ehtiyatları Agentliyində nöqsanlar aşkarlanıb

IM Motors LS6 EREV – 1500 + km yürüş məsafəsi ilə gələcəyin avtomobili Bakıya gətirilir

Sentyabrın 27-də gözlənilən hava şəraiti
