"Azərsu", su və kanalizasiyanın 2 dəfə bahalaşması lazım olduğuna işarə etdi
2017-ci ili yarım milyard manatdan çox (508 milyon 350 min manat) zərər ilə başa vumuş "Azərsu" ASC pul vəsaitlərinin hərəkətində və dövriyyə vəsaitlərində çatışmazlığın davam etdiyini açıqlayıb.
HƏMÇİNİN OXU: "Azərsu" fantastik zərər açıqladı
“Marja”nın ASC-nin hesabatından əldə etdiyi məlumata görə, zərərin və vəsait çatışmazlığının səbəbi su və kanalizasiya xidmətlərinin maya dəyərinin satış qiymətindən 2 dəfə yüksək olmasıdır.
1 MANAT 41 QƏPİYƏ BAŞA GƏLİR, AMMA 74 QƏPİYƏ SATILIR
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti (“Azərsu” ASC) və onun törəmə müəssisələri (“Qrup”) Azərbaycan Respublikasında aktiv şəkildə yeni su kəmərlərinin və kanalizasiya sistemlərinin tikintisi sahəsində investisiya fəaliyyəti ilə məşğuldur və müntəzəm olaraq Dövlətdən maddi yardım alır. Tarixən Qrupun əməliyyat zərərləri, əməliyyat fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti və dövriyyə vəsaitlərində çatışmazlıq olmuşdur.
Buna əsas səbəb Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən müəyyən olunan xidmətlər üzrə tariflərinin Qrupun su və kanalizasiya xidmətləri üzrə tam maya dəyərindən aşağı olmasıdır. Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən aparılımış 2017-ci il üçün gəlirlər və xərclər smetasının illik icrası üzrə monitorinqin nəticələrinə əsasən Qrup üçün 1 m3 su və kanalizasiya xidmətinin maya dəyəri 1.17 AZN təşkil edir. Qrupun 2017-ci il üzrə müvafiq qanunvericiliyə uyğun hazırlanmış hesabatlarında 1 m3 su və kanalizasiya xidmətinin maya dəyəri 1.41 AZN, orta satış qiyməti isə 0.74 AZN olmuşdur. Hesabat ilində 1 m3 su və kanalizasiya xidmətinin maya dəyəri orta satış qiymətindən 2 dəfəyə yaxın çox olmuşdur”, - ASC-nin 2017-ci il üzrə hesabatında deyilir.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
Hesabatda qeyd edilib ki, tarifin qaldırılması "Azərsu"nun vəziyyətinə müsbət təsir edir:
“13 may 2016-cı il tarixində Azərbaycan Respublikasının Tarif Şurası su və kanalizasiya xidmətləri üzrə müştərilərə tətbiq edilən satış tariflərinin artımını təsdiq etmişdir. Bu yeni tariflər 16 may 2016-cı il tarixindən qüvvəyə minmişdir. Nəticədə, hazırda tikilməkdə olan əsas layihələrin başa çatmasından sonra Qrupun maliyyə vəziyyətinin yaxşılaşmasına gətirib çıxaracaqdır. Qrup fəaliyyətini davam etdirmək və cari investisiya layihələrini başa çatdırmaq üçün Dövlət tərəfindən təqdim olunan maliyyələşmələrdən asılı vəziyyətdə qalmaqdadır”.
Qeyd edək ki, bundan öncə "Baku Bus" və "Bakı Metropoliteni" zərər açıqlamış, bir müddət sonra isə gedişhaqları artırılmışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 3 saat əvvəl
-
-
4 saat əvvəl
İran rialının məzənnəsi ölkədəki etirazlar fonunda yeni antirekord qırıb
-
7 saat əvvəl
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
- 7 saat əvvəl
-
8 saat əvvəl
Gön ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb
- 10 saat əvvəl
-
10 saat əvvəl
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 10 saat əvvəl
-
10 saat əvvəl
Bank Respublika “Qızıl Seçim” lotereyasının ilk tirajının qaliblərini elan etdi!
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Alphabet-in bazar dəyəri ilk dəfə 4 trilyon dolları keçdi
Azercell yeni rouminq paketlərini istifadəyə verir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
Ən çox oxunanlar
"Bir çox yerlərdə məcburi köçürmələr olacaq"
Qızılın qiyməti 2026-cı ildə 5000 dollara çata bilər?
"Leysan yağışları yağan kimi şəhər nəqliyyatı iflic vəziyyətinə düşür, çox ciddi problemlər yaşanır"
Bakı və Abşeron üzrə yeni Dövlət Proqramının icrası üçün xarici kreditlərə də müraciət ediləcək
Daha iki böyük su anbarının tikintisinə hazırlıq işləri gedir











.jpg)













