Xüsusi sertifikatlı treyninq proqramına qeydiyyat davam edir
(®) 14-17 sentyabr 2018-ci il tarixində Bakıda keçiriləcək “İslam Bankçılığı, Maliyyəsi və Sığortası (Təkafül)” üzrə xüsusi sertifikatlı treyninq proqramına qeydiyyat davam edir.
Sözügedən programa artıq Azərbaycanın qabaqcıl maliyyə institutlarından olan Xalq Bank, Bank of Baku, Silk Way Bank, Turanbank, Asiya İnkişaf Bankının Azərbaycan nümayəndəliyi, AXA MBASK sığorta təşkilatı və bir sıra qurumlar maraq gösətmişdir.
Qeyd edək ki, treyninq yerli təşkilat olan İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin və beynəlxalq tərəfdaş Al-Huda İslam İqtisadiyyatı və Bankçılığı Mərkəzinin (Birləşmiş Ərəb Əmirlikləri) birgə təşkilatçılığı ilə həyata keçirilir.
Treyninqin keçirilməsində məqsəd Azərbaycanda islam bankçılığı, maliyyəsi və sığortası sahəsində mütəxəssislərin bilik və bacarıqlarının artırılmasıdır.
Treyninq 3 hissədən ibarət olacaqdır. Belə ki, 14-15 Sentyabr – İslam Bankçılığı və Maliyyəsi, 16 Sentyabr – Körfəz ölkələrindən investisiyaların cəlb edilməsi, 17 Sentyabr – İslam sığortası (Təkafül) mövzusunda keçiriləcəkdir.
Sonda iştirakçılara Malayziya Maliyyə Akkreditasiya Agentliyinin Beynəlxalq dərəcəli sertifikatı veriləcəkdir.
Qeyd edək ki, treyninqin təşkili və iştirakçıların yazılması işi İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi tərəfindən aparılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
8 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
9 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
9 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
10 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 11 saat əvvəl
-
11 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























