Yeni icra başçısından iş və torpaq istədilər
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Heydər Əliyev Prospekti ilə İsrafil Məmmədov küçəsinin kəsişməsində yerləşən 9 mərtəbəli binanın və ətraf ərazilərin sakinləri ilə görüşüb.
Bu barədə İcra Hakimiyyətinin mətbuat xidmətindən məlumat verilib.
Niyazi Bayramov bildirib ki, görüş Prezident İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq keçirilir. O deyib ki, məqsəd sakinlərin problemlərini öyrənmək və onların həlli yollarını tapmaqdır.
“Açıq mikrafon” şəraitində keçən görüşdə vətəndaşlar öz şikayətlərini dilə gətirib, müxtəlif təkliflərlə çıxış ediblər.
Səslənən müraciətlər arasında işlə təminat, Qarabağ müharibəsi iştirakçıları və Çernobıl əlillərinə sanatoriyalara göndərişlərin verilməsi, adı çəkilən ərazidə bankomatların quraşdırılması, torpaq sahələrinin verilməsi üçün sakinlərin növbəyə götürülməsi və digər məsələlər öz əksini tapıb.
Ümumilikdə 40-dan çox şikayət və təklif dinlənilib. Bir çox məsələlər yerində öz həllini tapıb, digər problemlərin araşdırılaraq aradan qaldırılması üçün aidiyyatı qurum və şəxslərə müvafiq tapşırıqlar verilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 gün sonra
- 18 d. əvvəl
-
-
45 d. əvvəl
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
- 47 d. əvvəl
- 21 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
Qızıl daha da ucuzlaşıb
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
Azərbaycan Litva şirkətilə birgə fabrik yaradır
Azərbaycan neftinin son qiyməti
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 6 GÜN
Ən çox oxunanlar
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub


















.jpg)


