"10 ildə 384 dəfə dəyər qazanacaq"
"Bloomberg", "Kriptovalyuta hesabatını" dərc edib.
"Marja" xəbər verir ki, hesabatda Bitcoin və digər rəqəmsal pul vahidləri üzrə 10 illik proqnozlar da yer alıb.
Hazırda kriptovalyuta dünyasının ən populyar üzvü olan Bitcoin-in qiyməti hazırda 7 min dollar səviyyəsindədir. Ötən il 20 min dolları test edən Bitcoin-in qiymətinin 10 il sonra 143 min dollara çatacağı gözlənilir. Başqa sözlə, Bitcoin-in dəyərinin 10 ildə 20 dəfə artacağı ehtimal edilir.
Eyni hesabata görə, bu gün 292 dollardan əməliyyat görən Ethereum (ETH) 10 il ərzində 588 dollar səviyyəsinə çatacaq. 10 ildə ETH-nin göstərəcəyi artım 101 faiz olaraq təxmin edilir.
Kriptovalyuta dünyasının bir dövr böyük ümidlər bəslədiyi XRP-nin dəyərinin 10 il ərzində 0.994 dollar olması gözlənilir. XRP-nin bugünkü dəyəri isə 0.3 dollardır (10 ildə 99 faiz ucuzlaşacağı gözlənilir).
Bu gün 558 dollar səviyyəsində olan BHC-nin 10 il sonra 180 dollar səviyyəsində olması nəzərdə tutulur (10 ildəki ucuzlaşmanın 68 faiz təşkil edəcəyi gözlənilir).
100 000 DOLLAR İLƏ FOREKSİ ÖYRƏN
Eyni proqnoza görə, 6 dollar dəyərə malik olan EOS 4.8 dollara düşəcək (10 ildə 24 faiz dəyərdən düşəcək).
Hesabata görə, 0.2 dollar səviyyəsindəki XLM isə 0.02 dollara düşəcək (10 ildəki ucuzlaşma 90 faiz).
Bu gün 62 dollardan əməliyyat görən LTC-nin dəyərinin isə 225 dollara yüksəlməsi gözlənilir. LTC-nin 10 ildə 262 faiz səviyyəsində dəyər qazanacağı güman edilir.
0.1 dollardan əməliyyat görən ADA-nın dəyərinin isə 10 ildə 0.001 dollara düşməsi gözlənilir (10 ildəki ucuzlaşma 99 faiz).
Hazırda 103 dollar səviyyəsində olan XMR isə ən çox bahalaşacağı gözlənilən kriptovalyutadır. Mütəxəssislər XMR-nin 10 ildə 384 dəfə dəyər qazanacağını proqnozlaşdırırlar.
10 ildə 1459 faiz dəyər qazanması gözlənilən DASH-ın isə təxminən 3 min dollar səviyyəsinə çatacağı gözlənilir. Başqa sözlə, DASH-ın dəyərinin 10 ildə 1459 faiz artacağı gözlənilir.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 30 d. əvvəl
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
16 saat əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 18 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir
Mənfəəti artsa da, “Embafinans”da risk siqnalları güclənib
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb














.jpg)




.jpg)






