Xırdalan və Qazaxın su təchizatı və kanalizasiya sistemləri yenidən qurulacaq

“Azərsu” ASC-nin 2016-cı il üzrə fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.
“Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov 2016-cı ildə ölkəmizdə mühüm sosial-iqtisadi tədbirlərin həyata keçirildiyini, makroiqtisadi sabitliyin qorunması və qeyri-neft sektorunun inkişafı istiqamətində ciddi addımlar atıldığını bildirib. Səhmdar Cəmiyyətin sədri qeyd edib ki, qlobal iqtisadi böhranın təsirlərinə baxmayaraq sosial və infrastruktur layihələrinin icrası davam etdirilib, əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə mühüm addımlar atılıb.
2016-ci ildə “Azərsu” ASC tərəfindən 1 mln. 413 min abonentə içməli su təchizatı və kanalizasiya xidmətləri göstərilib, il ərzində istehlakçılara 639 mln. kubmetr su satılıb. Hesabat dövründə 745 km içməli su, 435 km kanalizasiya xətləri çəkilib, 15 ədəd su anbarı tikilib, 26 subartezian quyusu qazılıb, 116 min sayğac quraşdırılıb. Görülmüş işlər nəticəsində 143 min nəfər ilk dəfə mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin edilib, 134 min nəfərin su təchizatı fasiləsiz rejimə keçirilib. Bununla da fasiləsiz içməli su ilə təmin olunanların xüsusi çəkisi Bakı şəhərində 80,6%-ə, ölkə üzrə 65,6%-ə yüksəlib.
“Prezident İlham Əliyevin əhalinin 24 saat fasiləsiz və keyfiyyətli içməli su il təmin olunması ilə bağlı tapşırıqlarına uyğun olaraq 2016-ci ildə Bakı şəhəri və Abşeron yarımadasında, eləcə də respublikanın şəhər və rayon mərkəzlərində, kəndlərdə layihələr icra edilib. Hesabat dövründə Tərtər Beyləqan və Qusar şəhərlərində dövlət başçısının iştirakı ilə su və kanalizasiya sistemlərinin açılış mərasimlərinin keçirilməsi ilin ən əlamətdar hadisələri olub. Bununla yanaşı, Şirvan-Muğan qrup su kəmərindən Salyan şəhərinə magistral su xətti çəkilib, Şirvan şəhərinə yeni birləşmə verilib. Bununla da hər iki şəhərdə istehlakçılar keyfiyyətli içməli su ilə təmin olunublar”.
Hazırda Gədəbəy, Daşkəsən, Xaçmaz, Qobustan, Şamaxı, Ağdaş şəhərlərində su və kanalizasiya şəbəkələrinin inşasının yekunlaşma ərəfəsində olduğunu deyən “Azərsu” ASC-nin sədri 2016-cı ildə daha bir şəhərdə - Ağcabədidə içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin, Şəki şəhərində həyata keçirilən layihənin növbəti mərhələsinin icrasına başlanıldığını da diqqətə çatdırıb. Hesabat dövründə 23 kənd və qəsəbədə görülmüş işlər nəticəsində 30 minədək sakinin içməli su problemi həll edilib.
Bakı şəhəri və Abşeron yarımadasında həyata keçirilən layihələr barədə məlumat verən Q. Hüseynov Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin dünyada ilin 4 böyük və önəmli su layihəsindən biri seçilməsini qürurverici hadisə adlandırıb.
Hesabat dövründə Badamdar qəsəbəsində yeni infrastrukturun yaradılması işləri intensiv şəkildə həyata keçirilib, Nizami rayonunda 25 km şəbəkə və məhəllədaxili xətt yenidən qurulub, 16,6 min sayğac quraşdırılıb. Nərimanov rayonunda isə 54 nasosxananın fəaliyyəti dayandırılıb, 23 min nəfər fasiləsiz su ilə təmin edilib.
2016-cı ilin ötən dövründə Tarif (qiymət) Şurasının qərarı ilə su təchizatı və tullantı sularının axıdılması tarifləri tənzimlənib, prezidentin fərmanı ilə Bakı şəhərində yağış-kanalizasiya sistemlərinin təkmilləşdirilməsi ilə əlaqədar işçi qrupu yaradılıb, Nazirlər Kabinetinin qərarı ilə “Azərsu” ASC-nin strukturunda dəyişikliklər edilib. İstehlakçılara göstərilən müştəri xidmətlərinin keyfiyyətinin artırılması məqsədilə elektron xidmətlərin sayı 7-yə çatdırılıb, “Azərsu” ASC-nin “Asan xidmət” və “Asan Kommunal” mərkəzlərində xidmət dairəsi xeyli genişlənib.
Daha sonra “Azərsu” ASC sədrinin birinci müavini Teyyub Cabbarov, sədr müavini Köçərli Həsənov, İqtisadiyyat və Uçot İdarəsinin rəisi Yaşar Kəlbiyev, İnformasiya və kommunikasiya texnologiyaları departamentinin rəisi Emil Əhmədov, Texnoloji proseslərə nəzarət və ekologiya şöbəsinin rəisi Zahid Qasımov hesabat məruzəsi ilə çıxış edərək, müvafiq sahələr üzrə 2016-cı ildə görülmüş işlər barədə ətraflı məlumat veriblər.
Q. Hüseynov iclasa yekun vuraraq qarşıda duran vəzifələr barədə tapşırıqlar verib. Qeyd olunub ki, 2017-ci ildə Xırdalan və Qazax şəhərlərində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin icrasına başlanılacaq. Gəncə, Şəki, Beyləqan, Ağcabədi, Tərtər, Gədəbəy, Xaçmaz, Xızı, Qobustan, Naftalan şəhərlərində tullantı sutəmizləyici qurğuları tikiləcək.
Dövlət başçısının tapşırıqlarına uyğun olaraq Zərdab, Hacıqabul və Şamaxı rayonlarının ərazisində 20 min ha torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsi məqsədi ilə yeni layihələr həyata keçiriləcək. Zərdab rayonu ərazisində Kür çayından saniyədə 3 kubmetr su götürmək üçün sugötürücü qurğu və nasos stansiyası tikiləcək, 15 km uzunluğunda kəmər çəkiləcək. Artıq bu istiqamətdə tikinti-quraşdırma işlərinə başlanılmışdır. Hacıqabul rayonunun Talış kəndindəki təmizləyici qurğunun imkanlarından istifadə etməklə Padarçöl ərazisinə 27 km xətt tikiləcək.
Cmiyyətin sədri məcburi köçkünlərə şamil olunan güzəştlərin vahid müavinətlə əvəzlənməsindən irəli gələn məsələlərin qısa müddətdə həll edilməsi, debitor borcların azaldılması məqsədi ilə abunəçilərlə işin təkmilləşdirilməsi, içməli sudan qeyri-qanuni istifadə hallarının azaldılması sahəsində ciddi tədbirlərin görülməsi barədə tapşırıqlar verib.
2017-ci ildə Bakı şəhərində Birinci Bakı Beynəlxalq Su Həftəsi, Formula-1 Azərbaycan Qran-prisi, İslam həmrəylik Oyunları və digər beynəlxalq tədbirlərin keçirilməsi nəzərə alınaraq göstərilən xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi ilə bağlı tapşırıqlar verilib.
APA
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

TuranBank “Ən yaxşı KOS maliyyələşməsi layihəsi” nominasiyası üzrə beynəlxalq mükafata layiq görülüb
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
6 saat əvvəl
Göygölün avtomobil yolunun əsaslı təmiri üçün pul ayrıldı - SƏRƏNCAM
- 6 saat əvvəl
-
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az - 20 saat əvvəl
-
20 saat əvvəl
Qeyri-neft sektorunun özəl bölməsində əmək müqavilələrinin sayı 1 milyonu keçib
- 20 saat əvvəl
-
20 saat əvvəl
Azərbaycanın şirkəti ilə Macarıstanın Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb
-
20 saat əvvəl
“PAŞA Holding” Bakıda keçirilən dünya finalının "Platin" sponsoru olub - FOTOLAR
- 20 saat əvvəl
-
20 saat əvvəl
Sığorta müqavilələrinin yerində rəsmiləşdirilməsi dayandırılacaq
- 21 saat əvvəl
-
21 saat əvvəl
ABŞ-da mühüm məlumatlar açıqlandı: Qızılın qiyməti rekord qırdı, neft sürətlə ucuzlaşdı
Son Xəbərlər

OpenAI, LinkedIn-ə rəqib olacaq platforma yaradır

Neft ucuzlaşmaqda davam edir

Qlobal Qida Qiymətləri İndeksi Avqust ayında sabit qalıb

Sığorta müqavilələrinin yerində rəsmiləşdirilməsi dayandırılacaq

ABŞ-da mühüm məlumatlar açıqlandı: Qızılın qiyməti rekord qırdı, neft sürətlə ucuzlaşdı
Ən çox oxunanlar

Avrozonada iqtisadi artım zəifləyib

"Bank of Baku"nun istiqrazları üçün qərar verildi - ABUNƏ YAZILIŞI BAŞLAYIR, ŞƏRTLƏR

Azərbaycan və Macarıstan Hökumətləri arasında Birgə Komissiyanın XI iclası keçirilib

Tullantı sularını düzgün idarə etməyənlər cərimələnəcək

TuranBank “Ən yaxşı KOS maliyyələşməsi layihəsi” nominasiyası üzrə beynəlxalq mükafata layiq görülüb
