“İslam Bankçılığı, Maliyyəsi və Sığortası” mövzusunda təlim keçiriləcək
14-17 sentyabr 2018-ci ildə Bakı şəhərində Azərbaycan Bank Tədris Mərkəzinin ofisində “İslam Bankçılığı, Maliyyəsi və Sığortası (Təkafül)” mövzusunda beynəlxalq sertifikarlı təlim keçiriləcək.
Sözü gedən təlim İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin, Birləşmiş Ərəb Əmirliyi Al-Huda İslam İqtisadiyyatı və Bankçılığı Mərkəzinin, Azərbaycan Bank Tədris Mərkəzinin, Azərbaycan Sığortaçılar Assosiasiyasının, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının və Azərbaycan Mikromaliyyə Assosiasiyasının birgə əməkdaşlığı ilə həyata keçiriləcək.
Təlimdə Birləşmiş Ərəb Əmirliyi Al-Huda İslam İqtisadiyyatı və Bankçılığı Mərkəzinin ekspertləri çıxış edəcəklər.
Qeyd edək ki, beyəlxalq aləmdə tanınan AL-HUDA CİBE-nin treyninqləri Azərbaycanla yanaşı Amerika Birləşmiş Ştatları, Kanada, Almaniya, İngiltərə, İtaliya, Albaniya, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri, Argentina, Türkiyə, Çin, Yaponiya kimi ölkələrdə keçirilmiş təlimlərdə ümumilikdə dünyanın 54 ölkəsindən 10 000-ə yaxın şəxs iştirak etmişdir.
5 gün sonra ölkəmizdə baş tutacaq təlimdə, Bank of Baku, Azərbaycan Sənaye Bankı, Rabitəbank, Kapital Bank, AXA MBASK, İdeal Kredit BOKT və s ilə kimi şirkətlərdən nümayəndələr iştirak edəcək.
Treyninqdə iştirak etmək istəyən şəxslər yerli tərəfdaş olan İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinə müraciət etməlidirlər.
Maraqlananlar ətraflı məlumat üçün [email protected] elektron poçt ünvanı ilə və ya 055-932-48-96, 070-932-42-62, 070 203 07 85, 050 531 03 81 nömrələri ilə əlaqə saxlaya bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
8 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
8 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
8 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
10 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 10 saat əvvəl
-
10 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb























