“İrşad Elektroniks” “Apple”ın rəsmi tərəfdaşıdır - AÇIQLAMA
(®) “İrşad Elektroniks” şirkəti artıq bir ilə yaxın bir müddətdir ki, iPhone telefonlarının istehsalçısı “Apple” şirkətinin Azərbaycanda rəsmi tərəfdaşıdır. Bu barədə məlumatı “İrşad Elektroniks” şirkətinin Reklam və Menecer departamentinin rəhbəri Elnur Kərimov saytımıza bildirib.
“Dırnağarası iş adamlarının ölkə ərazisinə şəxsi istehlak adı altında, lakin əslində sahibkarlıq məqsədilə poçt vasitəsi ilə gətirilən mobil cihazların kütləviliyi iPhone məhsullarının “İrşad Elektroniks” şirkəti tərəfindən gətirilməsinə ciddi maneə idi. Bununla bağlı aidiyyəti dövlət qrumlarına etdiyimiz çoxsaylı müracətlərin nəticəsində və Dövlət Gömrük Komitəsinin, xüsusən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşlarının bu sahəyə ciddi nəzarəti nəticəsində qaçaqmalçılıqla ölkə ərazisinə gətirilən mobil cihazlarda nəzərəçarpacaq azalma olmuşdur. Yeri gəlmişkən bununla bağlı Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəhbərliyinə və bütün əməkdaşlarına “İrşad Elektroniks” şirkəti adından təşəkkür edirik”.
Elnur Kərimov eyni zamanda “İrşad Elektroniks” şirkətindən alınan iPhone məhsullarının üstünlükləri barədə də məlumat verdi:
“Belə ki, alınan iPhone məhsullarına BEYNƏLXALQ ZƏMANƏT verilir. Yəni iPhone məhsullarında zavod istehsalı problemi olduğu halda təmirə ehtiyac olmur. Müştəri bizim servisə yaxınlaşmalı və problemi qeyd etməlidir. Daha sonra isə insan müdaxiləsi olmadan, xüsusi cihazlar vasitəsilə telefonda olan problemlərin diaqnostikası 3 gün ərzində həyata keçirilərək, müəyyən olunur. Müştərinin qeyd etdiyi problem təsdiq olunduğu halda telefon təmir olunmur, birbaşa dəyişdirilir. Əgər ehtiyatda eyni model varsa 4 gün ərzində müştəriyə qeydiyyatdan keçirilmiş yeni telefon təqdim olunur. Ehtiyatda olmadığı təqdirdə isə telefon 14-21 gün ərzində müştəriyə çatdırılır. Nəticə müştərini qane etmədiyi halda, 3 gündən sonra problemin diaqnostikası üçün yenidən müraciət oluna bilər. Zəmanət eyni zamanda aksesuarlar üçün də bir il ərzində keçərlidir. Bizdən əldə etdiyiniz hər bir rəsmi məhsul üçün fərqli ölkələrdə iPhone servisi xidmətindən də istifadə edə bilərsiniz”.
Müştərilər iPhone məsulları barədə ətraflı məlumat almaq üçün “İrşad Elektroniks” şirkətinin rəsmi saytı olan www.irtelecom.az saytına və ya *0171 qısa nömrəsinə müraciət edə bilərlər.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 18 saat sonra
-
-
9 d. əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 9 d. əvvəl
- 14 d. əvvəl
- 53 d. əvvəl
-
56 d. əvvəl
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə yeni sədr müavinləri təyin olunub
-
1 saat əvvəl
“Nar” abunəçiləri üçün eSIM nömrələrdə “Asan İmza” xidməti istifadəyə verildi
-
1 saat əvvəl
Damazlıq yumurta istehsalına görə subsidiya veriləcək - Azərbaycanda bir ilk
- 1 saat əvvəl
-
2 saat əvvəl
Qazaxıstan taxıl ixracında 13 milyon ton hədəfinə yaxınlaşıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
“Le Beirut” tələbləri pozub, satışı dayandırılıb
Qazaxıstan taxıl ixracında 13 milyon ton hədəfinə yaxınlaşıb
“Express Lombard”da yığıncaq keçiriləcək
ADY və İran Dəmir Yollarının rəhbərliyi Astara Terminalında tikinti işlərinin gedişi ilə tanış olub
“BQ” ASC-nin 100 ədəd səhmini 1 investor əldə edib

























