Kapital Bank İnsan kapitalı Akademiyasını açdı

14 sentyabr 2018-ci il tarixində Kapital Bank İnsan Kapitalı Akademiyasının açılış mərasimini keçirib.
Bankdan "Marja"ya daxil olmuş məlumata görə, Akademiya Badamdar qəsəbəsi, Mikayıl Müşfiq küç., 12 ünvanında yerləşən Kapital Bank-ın inzibati binasının 3-cü mərtəbəsində fəaliyyət göstərir.
Açılış mərasimində Kapital Bank-ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev, İnsan Resurslarının İdarə Edilməsi departamentinin direktoru Fərqanə Məmmədova, “FireWorks HRM” şirkətinin direktoru Laura Həmidova, Türkiyənin DenizBank Akademiyasının nümayəndəsi Tankut Çığır və digər rəhbər şəxslər iştirak edirdi. Akademiya keyfiyyətli və ehtiyacları qarşılayan tədris vasitəsi ilə Azərbaycanın bank sektorunda korporativ təlim və inkişaf üzrə lider təsisat olmağı hədəfləyir.
İnsan Kapitalı Akademiyası Kapital Bank-ın işçi heyətinin, tərəfdaşlarının, müştərilərinin və maraqlı olan digər tərəflərin bankçılıq və idarəetmə üzrə peşəkarlıq səviyyəsinin artırılmasına xidmət göstərir və beynəlxalq ekspertizanı yerli yanaşma ilə təqdim edir. İnsan Kapitalı Akademiyası 3 strukturlu tədris proqramı və çoxsaylı təlimlər təklif edir. Tədrisi həyata keçirən şəxslərin əksəriyyəti bankın təcrübəli əməkdaşları, bir qismi isə partnyor şəxslər və təşkilatlardır.
“Akademiyanın tərkibində yaradılmış kitabxanada azərbaycan, ingilis, türk və rus dillərində olmaqla müxtəlif sahələrə və istiqamətlərə aid olan yüzlərlə kitab təqdim olunur. Bura, eyni zamanda, kiçik biznes mərkəzi rolunu daşıyır. Belə ki, burada “qoş və qoşul” konsepsiyası tətbiq olunub və ofisdən kənarda rahat işləyə bilmək, müxtəlif layihələr üzərində çalışmaq, araşdırmalar aparmaq və təqdimatlar hazırlamaq üçün şərait yaradılıb”, - deyə, İnsan Resurslarının İdarə Edilməsi departamentinin direktoru Fərqanə Məmmədova bildirib.
Qeyd edək ki, binada ümumilikdə müxtəlif funksionallıq üzrə hazırlanmış 9 zal, 1 məişət otağı və 1 ümumi sahə vardır. Otaqların adlandırılması zamanı Azərbaycanın müxtəlif dağ və zirvələrinin adlarından istifadə olunub. Bina ümumilikdə 160 nəfərin eyni zamanda tədris və fəaliyyətlə məşğul olması üçün tutuma malikdir.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 95 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 saat sonra
- 10 saat əvvəl
-
-
10 saat əvvəl
Azərbaycanda "MAN" elektrik avtobuslarının yığılmasına 2026-cı ildə başlanacaq
-
11 saat əvvəl
Əlaçılar və onların müəllimləri Azərbaycan şirkətindən hədiyyələr qazanacaqlar
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Azərbaycan Zərgərlər Assosiasiyası: "Qızılın bir unsiyası 4 000 dollara qədər bahalaşa bilər"
-
14 saat əvvəl
Vergi Xidməti əmək haqqına vergi güzəştlərinin bitməsi ilə bağlı məsələyə münasibət bildirib
-
14 saat əvvəl
“SmartYurd” adlı rəqəmsal yataqxana idarəetmə sistemi yaradılıb
-
14 saat əvvəl
Azərbaycan şirkəti dünyanın tanınmış brendinin məhsullarını istehsal edəcək - MÜQAVİLƏ İMZALANIB
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi

38,5 milyon manat Lənkəranın kanalizasiyası üçün getdi

Azərbaycan Zərgərlər Assosiasiyası: "Qızılın bir unsiyası 4 000 dollara qədər bahalaşa bilər"

Vergi Xidməti əmək haqqına vergi güzəştlərinin bitməsi ilə bağlı məsələyə münasibət bildirib
Ən çox oxunanlar

“SmartYurd” adlı rəqəmsal yataqxana idarəetmə sistemi yaradılıb

Azərbaycan şirkəti dünyanın tanınmış brendinin məhsullarını istehsal edəcək - MÜQAVİLƏ İMZALANIB

Aeroportda yeni taksi qiymətləri ilə bağlı aidiyyəti qurumlara müraciət ünvanlanacaq

Sentyabrın 25-də gözlənilən hava şəraiti

Avropa bankı Azərbaycanda ilk istiqraz buraxılışına hazırlaşır
