Azərbaycanda ofis proqramları satışında yenilik
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin Data Mərkəzi “Microsoft Office 365” lisenziyasının satışına başlayır.
Artıq müştərilər “bulud” üzərindən ofis proqramlarını, sadəcə, aylıq icarə haqqı ödəməklə əldə edə biləcəklər. Proqram təminatının satış modelinin 3 paketi təklif olunur: “Office 365 Business Essentials”, “Office 365 Business” və “Office 365 Business Premium”. Təqdim olunan paketlərdə versiyaların avtomatik yenilənməsi və abunəliyin rahat dəyişdirilməsi kimi xüsusiyyətlər də mövcuddur.
“Microsoft Office 365”-in əsas rahatlığı istifadəçilərin istənilən yerdən öz korporativ resurslarına çıxış imkanının olmasıdır. Belə ki, bu xidmətdən yararlanmaqla həm iş yerində, həm də işdən kənarda e-poçtu yoxlamaq, “Microsoft Office” proqramları ilə işləmək mümkün olacaq.
Qeyd edək ki, ofis paketinin yeni funksiyaları istifadəçilərə onlayn resurslarını bir arada cəmləmək imkanı verir. Həmçinin “Office 365”-in quraşdırılması və idarə olunması da çox sadədir.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
- 10 d. əvvəl
- 12 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Yenidən 150 dollar ssenariləri gündəmdədir
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq




















