Ələt-Astara-İran yolu qısaldı - PREZİDENT AÇILIŞDA
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 18-də Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun açılışında iştirak edib.
Yeni inşa edilən yollardan biri də Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yoludur.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi layihəsi haqqında məlumat verib.
Bildirilib ki, mövcud Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun ümumi uzunluğu 243 kilometr idisə, yeni avtomobil yolunun ümumi uzunluğu 204 kilometrdir. Yol birinci texniki dərəcəyə aiddir. Hərəkət hissəsinin eni 15 metr, hərəkət zolaqlarının sayı 4 olan yol müasir səviyyədə və bütün tələblərə uyğun inşa olunub.
Sifarışçisi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi olan yolun podratçı şirkətləri Azərbaycanın “Evrascon-AzVirt” Birgə Müəssisəsi, Türkiyənin “Kolin İnşaat, Turizm Sənaye və Ticarət”, “Özgün Yapı Sənaye və Ticarət” və “Polad Yol Yapı Sənaye və Ticarət” şirkətləri, texniki nəzarətçisi isə İtaliyanın “IRD Engineering”, Almaniyanın “Kocks Consult GmbH”, ABŞ-ın “TERA International Group” və Yaponiyanın “NİPPON KOEL UK Co” şirkətləridir.
Qeyd edilib ki, Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi yeni magistral avtomobil yolunun 31 kilometrlik Ələt-Yenikənd hissəsi 2006-2009-cu illərdə inşa edilib. Yolun 23,4 kilometrlik Yenikənd-Salyan hissəsinin, həmçinin Kür çayı üzərində 363 metrlik körpünün və 1,2 kilometrlik yanaşma yollarının tikintisi isə 2016-cı ildə başa çatdırılıb və dövlətimizin başçısının iştirakı ilə istifadəyə verilib. Yeni magistral yolun 54,4 kilometrlik Cəlilabad-Masallı-Lənkəran hissəsinin tikintisi 2017-ci ildə başa çatdırılıb və dövlətimizin başçısının iştirakı ilə təqdimatı keçirilsə də istismara verilməmişdi.
Məlumat verilib ki, yolun 24,8 kilometrlik Salyan-Şorsulu, 30,1 kilometrlik Şorsulu-Cəlilabad və 39,2 kilometrlik Lənkəran-Astara hissələrində isə tikinti işləri cari ildə yekunlaşdırılıb. Bu hissələrin açılışı ilə Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi yeni magistral avtomobil yolunun daha 150 kilometrlik hissəsi istismara verildi. Bununla da Ələtdən Astarayadək 204 kilometrlik məsafədə tam yeni və müasir yolun inşası başa çatdırılıb.
Avtomobil yolunun 2011-2018-ci illərdə yeni istiqamət üzrə tikilən ümumi uzunluğu 173 kilometr olan Yenikənd-Astara hissəsində layihə üzrə bir sıra işlər həyata keçirilib. Layihənin Şorsulu-Cəlilabad hissəsində 12,5 kilometrlik yol bataqlıq-göl ərazilərdən keçdiyi üçün burada torpaq xüsusi texnologiya ilə bərkidilib və yol yatağının tikintisi zamanı 1,2 milyon ton qaya-daş dolğusundan istifadə olunub.
Ümumilikdə, magistral yol boyu 24 körpü, 66 yeraltı keçid, 25 yolötürücü və yol qovşağı, 4 tunel, 51 kilometr çiyinlərdə suaxıdıcı beton küvetlər tikilib, 5 istirahət parkı salınıb, 166 kilometr ayırıcı zolaqda dəmir-beton təhlükəsizlik və 140 kilometr çiyinlərdə metal mühafizə çəpərləri, suötürücü borular, yol nişanları və göstərici lövhələr quraşdırılıb və yol cizgi xətləri çəkilib.
Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi yeni avtomobil yolunun digər avtomobil yolları və maneələrlə kəsişməsində müxtəlif səviyyəli yol qovşaqlarının tikilməsi, birləşən və ayrılan yolların sayının azaldılması yolda təhlükəsizliyin təmin edilməsinə maksimum şərait yaradıb. Magistral yol Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin bir hissəsini təşkil edir və yolun tikintisi bu bölgədə turizmin, kənd təsərrüfatının inkişafına və beynəlxalq yükdaşımaların həcminin artmasına müsbət təsir göstərəcək.
Prezident İlham Əliyev Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun rəmzi açılışını bildirən lenti kəsib.
Müştərilərin xəbərləri
“Ramazan payı” ianə aksiyasına start verildi - Fond vətəndaşları və şirkətləri bu nəcib təşəbbüsə qoşulmağa dəvət edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 2 gün sonra
-
-
7 d. əvvəl
Amerika bankı qızılın qiymətinin 6300 dollara çatacağını proqnozlaşdırır
- 32 d. əvvəl
-
38 d. əvvəl
Azərbaycanın böyük oyuncaq mağazaları şəbəkəsinin Sumqayıtda filialı açılır
- 53 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bu gün Azərbaycandan Ermənistana 4500 ton dizel yanacağı göndəriləcək
-
1 saat əvvəl
AFB Bank-dan sərfəli kredit təklifi – 0% komissiya və 2% endirim!
-
1 saat əvvəl
Nəhəng bank misin tonunun 14 min dollara yüksələcəyini gözləyir.
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Avropanın ən böyük bankının mənfəəti azalıb
AFB Bank-dan sərfəli kredit təklifi – 0% komissiya və 2% endirim!
Ən çox oxunanlar
Nəhəng bank misin tonunun 14 min dollara yüksələcəyini gözləyir.
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
Qızılın qiyməti yavaş artım göstərib
Rəsmi məzənnələr açıqlandı
Saloglu mebeldə bütün mebellər fabrik qiymətinə endirilib
“Ramazan payı” ianə aksiyasına start verildi - Fond vətəndaşları və şirkətləri bu nəcib təşəbbüsə qoşulmağa dəvət edir
"Changan Azərbaycan" iddialara cavab verdi: "Məlumatlarməqsədli qarayaxma kampaniyası xarakteri daşıyır" - VİDEO
Nazirlərin iştirakı ilə pambıqçılıq və pambıq istehsalında dəyər zənciri müzakirə olunub


















