Dünya nəhəngi Azərbaycana razılıq verdi - RİSKLƏRİ QƏBUL EDƏCƏK
“Swiss Re” Azərbaycanın kənd təsərrüfatı üzrə riskləri təkrarsığorta etdirməyə razılıq verib
Azərbaycanda kənd təsərrüfatı risklərinin əvvəllər sığortalanmaması, bu risklərlə bağlı zəruri məlumatların məhdudluğu xarici təkrarsığorta şirkətlərinin əməkdaşlığı məsələsində müəyyən problemlər yaradır.
Azərbaycan Sığortaçılar Assosiasiyasından “Marja”ya daxil olmuş məlumata görə, “Genillard & Co.” Şirkətinin Azərbaycan kənd təsərrüfatı sığortası mexanizminə verdiyi dəstəyin nəticəsi olaraq İsveçrənin nüfuzlu təkrarsığorta şirkəti “Swiss Re” kənd təsərrüfatı üzrə riskləri təkrarsığorta etdirməyə razılıq verib.
SEMİNAR KEÇİRİLİB
Qeyd edək ki, Azərbaycan Sığortaçılar Assosiasiyasının (Birlik) və Almaniyanın “Genillard & Co.” Sığorta brokinq və konsaltinq şirkətinin təşəbbüsü ilə “Azərbaycanda aqro-sənaye holdinqlərinin sığorta ehtiyacı” mövzusunda geniş tərkibli seminar təşkil olunub.
Seminarda Birliyin sədri Mustafa Abbasbəyli, kənd təsərrüfatı sığortası üzrə ekspert Əli Bayramov, sığorta və təkrarsığorta şirkətlərinin rəhbər şəxsləri və sahə üzrə mütəxəssisləri iştirak edib.
Seminar “Kənd təsərrüfatı istehsalatında risklərin idarə edilməsinin məqsəd və dəyəri”, “Azərbaycan kənd təsərrüfatı sığortasının inkişafı”, “Biznes prosesləri, məlumatların mövcudluğu və məlumatların idarə edilməsi”, “Anket sorğusu və sahə üzrə sorğu”, “Sığorta və təkrarsığorta xidmətləri” kimi mövzuları əhatə edib. Seminar “Genillard & Co.” Şirkətinin İcraçı direktoru Christofer Genillard, İsveçrənin nüfuzlu təkrarsığorta şirkəti “Swiss Re” Təkrarsığorta şirkətinin Vitse-prezidenti Marcel Andriesse, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirinin məsləhətçisi Drs. Ing. Martis van Splunter tərəfindən aparılıb.
Seminarda “Genillard & Co.” və “Swiss Re”nin əməkdaşları öz nəzəri və praktiki biliklərindən istifadə edərək kənd təsərrüfatı sığortası üzrə risklərin müəyyən edilməsi metodları, məlumatların və risklərin idarə edilməsi, həmçinin, Azərbaycanda kənd təsərrüfatı sığortası mexanizminin tətbiqi və inkişafı, təkrarsığortası kimi məsələlərlə bağlı geniş və ətraflı məlumat verib, təqdimatlarla çıxış ediblər. Seminar daha sonra iştirakçıların mövzu ilə bağlı müzakirələri və fikir mübadiləsi ilə davam edib.
Xatırladaq ki, bu ilin əvvəllindən etibarən “Azərbaycanda kənd təsərrüfatı sığortası haqqında” Qanun layihəsi və bunun tətbiq mexanizmlərinin müzakirəsi məqsədilə Birlik nəzdində Maliyyə Bazarlarına Nəzarət Palatası, Kənd Təsərrüfatı Nazirliyi, sığortaçılar və müstəqil ekspertlərdən ibarət işçi qrupunun çoxsaylı görüşləri baş tutmuşdur. Bu müzakirələrin yekunu olaraq “Azərbaycanda kənd təsərrüfatı sığortası haqqında” Qanun layihəsinə bir sıra dəyişikliklər edilmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
11 saat əvvəl
“Bu mərhələ tamamlandı” - Naim Əzizov yeni planlarını açıqladı
-
-
1 gün əvvəl
Liv Bona Dea Hospitalda ilk sümük iliyi transplantasiyası uğurla həyata keçirildi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda kredit reytinq agentlikləri üçün kapital tələbi qoyulacaq
-
1 gün əvvəl
Böyük mebel istehsalçıları bir arada - Azərbaycan mebeli dünya ölkələrinə ixrac ediləcək - FOTOLAR
-
1 gün əvvəl
Azərbaycanın Dubay şəhərindəki baş konsulu dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
-
1 gün əvvəl
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Bu mərhələ tamamlandı” - Naim Əzizov yeni planlarını açıqladı
Böyük mebel istehsalçıları bir arada - Azərbaycan mebeli dünya ölkələrinə ixrac ediləcək - FOTOLAR
Kriptovalyuta ticarəti kursu
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
Ən çox oxunanlar
569 nömrəli marşrut xəttində avtobuslar dəyişdirilir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Google"dan nəhəng batareya texnologiyası hazırlayan startapa 1 milyard dollarlıq sifariş
2025-ci ildə 749 min manat kompensasiya ödəyib
bp və SOCAR saziş imzaladı
Xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxılacaq




















