Borclunun sağlamlaşdırılması sənədi təsdiq edildi - PLAN
Nazirlər Kabineti “Müflisləşmə və iflas haqqında”qanuna dəyişikliklərə uyğun olaraq “Borclunun sağlamlaşdırılması planının məzmunu”nun təsdiq edilməsi haqqında qərar qəbul edib.
"Marja" xəbər verir ki, baş nazir Novruz Məmmədovun təsdiqlədiyi sənəddə borclunun sağlamlaşdırılmasında iştirak edən kreditorun (kreditorların) tələblərinin ödənilməsi üçün tələb olunan pul vəsaitlərinin məbləğləri, bu tələblərin icrası qaydası və müddəti, planın icrası və icrasına nəzarət tədbirləri, eləcə də bu planın xitamı üçün əsaslar və onun nəticələri əks olunub.
Plan belədir:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 26 sentyabr tarixli 416 nömrəli qərarı ilə təsdiq edilmişdir.
Borclunun sağlamlaşdırılması planının məzmunu
1. Borclunun sağlamlaşdırılması planının məzmunu (bundan sonra - Sənəd) “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununun 41-1-ci maddəsinin 1-ci hissəsinə əsasən hazırlanmışdır.
2. Borclunun sağlamlaşdırılması borclunun sağlamlaşdırılması planına uyğun olaraq həyata keçirilir. Borclunun sağlamlaşdırılması planı borclu tərəfindən hazırlanır, kreditorların yığıncağı tərəfindən qəbul edilir və məhkəmə tərəfindən təsdiqlənir. Həmin planda aşağıdakılar göstərilir:
- borclunun sağlamlaşdırılmasında iştirak edən kreditorun (kreditorların) tələblərinin ödənilməsi üçün tələb olunan pul vəsaitlərinin məbləğləri, bu tələblərin icrası qaydası və müddəti;
-borclunun sağlamlaşdırılması planının icrası və icrasına nəzarət ilə bağlı tədbirlər;
-borclunun sağlamlaşdırılması planının xitamı üçün əsaslar və onun nəticələri.
Bu Sənədin 2-ci hissəsində göstərilənlərə əlavə olaraq, borclunun sağlamlaşdırılması planında aşağıdakılar göstərilə bilər:
-müxtəlif kreditorlar qrupuna aid olan kreditorların tələblərinin fərqli ödəmə şərtləri;
-kreditlərin alınması üçün tədbirlər;
- bu Sənədin 3-cü hissəsində nəzərdə tutulmayan hər hansı digər şərtlər və ya tədbirlər.
4. Borclunun sağlamlaşdırılması planında borclunun pul öhdəliklərinin aşağıdakı tədbirlərdən biri və ya bir neçəsi vasitəsilə sağlamlaşdırılması nəzərdə tutula bilər:
-hissə-hissə ödənişlər, habelə ödəniş müddətlərinin, öhdəliklərin valyutasının, faiz dərəcələrinin dəyişdirilməsi, o cümlədən cəlb edilmiş vəsaitlərin qiymətindən aşağı səviyyədə müəyyən edilməsi və faizlərin hesablanmasının tamamilə dayandırılması, kreditlə və ya kreditin təminatı olan ipoteka və ya girov ilə bağlı müqavilələrin şərtlərinin dəyişdirilməsi;
-borc öhdəliklərinin şərtlərinin dəyişdirilməsi;
-girov və ipoteka predmeti hesabına tələblərin ödənilməsi. Bu zaman girovda və ya ipotekada olan əmlakın özgəninkiləşdirilməsindən əldə edilən vəsaitlər bu girovla və ya ipoteka ilə təmin edilən tələblər çərçivəsində həmin əmlakın girovsaxlayanın və ya ipotekasaxlayanın tələblərinin ödənilməsinə yönəldilir;
-tələblərin tamamilə və ya qismən ödənilməsi məqsədi ilə borclunun əmlakı üzərində mülkiyyət hüququnun kreditora (kreditorlara) verilməsi. Bu zaman kreditorun (kreditorların) tələbləri girov və ya ipoteka qoyulmuş əmlakın satışından sonra qismən ödənildiyi təqdirdə, əlavə tələb hüququ qüvvədə qalır. İddiaların tamamilə və ya qismən ödənilməsi məqsədi ilə borclunun əmlakı üzərində mülkiyyət hüququ kreditora (kreditorlara) yalnız həmin kreditorun (kreditorların) razılığı ilə verilir;
- borclunun girov və ya ipoteka qoyulmamış əmlakına tutmanın yönəldilməsi;
-borcun tam və ya qismən bağışlanılması;
-borclunun iştirakçısı olduğu müqavilələrin ləğv edilməsi və ya şərtlərinin dəyişdirilməsi;
-girov və ya ipoteka hüquqlarından imtina edilməsi;
-borclu və ya üçüncü şəxslər tərəfindən əlavə girovun və ya ipotekanın, o cümlədən qarantiya və zəmanətlərin verilməsi;
-borcun kapitala çevrilməsi;
-borclunun nizamnamə kapitalında yeni payın əldə edilməsi;
-borclu tərəfindən qiymətli kağızların buraxılışı;
- borclunun yenidən təşkili (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə);
- təsisçilər (iştirakçılar) istisna olmaqla, borclunun digər idarəetmə və nəzarət orqanlarının üzvlərinin kreditorlar qrupunun müəyyən etdiyi şəxslərlə əvəz edilməsi;
- borclunun korporativ idarəçiliyində dəyişikliklər edilməsi;
- borclunun sağlamlaşdırılması ilə bağlı hər hansı digər tədbirlər.
5. Borclunun sağlamlaşdırılması planına ləğvetmə təhlili əlavə edilir. Həmin təhlildə borclunun ləğv edilməsi ilə müqayisədə kreditor (kreditorlar) üçün borclunun sağlamlaşdırılması planının həyata keçirilməsi ilə bağlı üstünlüklər əks olunur. Borclunun sağlamlaşdırılması planına borclunun bu planın şərtlərini yerinə yetirmək imkanını və qabiliyyətini təsdiqləyən maliyyə təhlili də əlavə edilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 gün sonra
-
9 saat əvvəl
Azərbaycanda 2 ayda dövlət xətti ilə 22 milyon manatdan çox ipoteka krediti verilib
-
-
9 saat əvvəl
Azərbaycanda problemli kreditlərin məbləği mütləq ifadədə son bir ildə 17 % artıb
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
"Dongfeng Azərbaycan" avtomobil bazarının qaydalarını dəyişir
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Azərbaycanda nağdsız əməliyyatların həcmi 15 faiz artıb - 8,2 MİLYARD MANATLIQ ÖDƏNİŞ
- 11 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bakıya yağış yağacaq, bəzi yerlərdə intensiv olacaq
"Dongfeng Azərbaycan" avtomobil bazarının qaydalarını dəyişir
Unibank 5 nominasiya üzrə qalib olub
Azərbaycanda nağdsız əməliyyatların həcmi 15 faiz artıb - 8,2 MİLYARD MANATLIQ ÖDƏNİŞ
Ən çox oxunanlar
Fevralda ödəniş kartlarının sayı 191 min ədəd artıb
Qanlı Göl yeni layihə əsasında abadlaşacaq
MİDA-da yeni təyinat olub
Ticarət şəbəkələrinin açıq məkanda reklamların yerləşdirilməsi ilə bağlı çətinlikləri var
Bank sektorunda, o cümlədən kreditlərdə cüzi artım olub
2 ayda banklar 190 milyon manata yaxın xalis mənfəət əldə ediblər
Expressbank növbəti ekoloji layihəyə tərəfdaşlıq edib
Bank sektorunda son vəziyyət açıqlandı - YENİ RƏQƏMLƏR



















