Sentyabrda dollar satışının azalması nə ilə bağlıdır? - ŞƏRH
Valyuta və eləcə də dünya bazarındakı son dəyişikliklər ilə bağlı daha çox müzakirə edilən məsələlər məzənənin və neftin qiymətinin necə dəyişəcəyi ilə bağlıdır. Tanınmış iqtisadçı Vüqar Bayramov bu mövzuda yazıb:
1. Sentyabr ayında dollar satışının azalması nə ilə bağlıdır? Belə ki, bu ilin sentyabr ayında valyuta hərraclarında 394,8 milyon dollar satılıb. Avqust ayında Dövlət Neft Fondu valyuta bazarına 733,7 milyon dollar satmışdı. Deməli, dollara tələb sentyabrda əvvəlki aya nisbətən 46.2 faiz azalıb. Sentyabrda dollara satışının azalması avqust ilə müqayisədə idxala tələbin aşağı düşməsi ilə bağlıdr. Belə ki, avqust ayında yeni tədris ilinin başlanması ilə bağlı olaraq idxal artır və sahibkarlar sentyarbda əsasən idxal etdikləri məhsulları realizə edirlər. Eyni zamanda, Rusiya valyuta bazarındakı stabillik də Azərbaycanda dollara olan tələbin yumşalmasına təsir göstərdi. Sentyabrın 10-da 1 dollar almaq üçün 70 rubl ödəmək lazım idisə ötən ayn 30-da bu göstərici 65 rubladək azaldı. Bu isə Azərbaycanın valyuta bazarında yığım məqsədli xarici valyuta tələbini aşağı salıb.
2. Dollara tələb növbəti aylarda necə dəyişəcək? Neftin dünya bazar qiymətinin yüksək olmasına rəğmən ölkəmizdə dollara tələbin yenidən dekabr ayında artacağı gözlənilir. Bu maliyyə ilinin sonuncu ayı olması səbəbindən dövlət və özəl qurumların xarici borc öhdəliklərinin yerinə yetirməsi, idxalda və büdcə xərcləmələrində gözlənilən artımlar və xarici səfərlərin sayının artması ilə bağlıdır.
3. Yüksək neft qiymətləri fonunda manat möhkəmlənə bilərmi? Manatın məzənnəsinin müəyyənləşməsində Mərkəzi Bank aparıcı mövqeyini qoruyub saxlayır. Deməli, kursun necə dəyişməsi birbaşa Mərkəzi Bankdan asılı olacaq. Amma baş bankın son açıqlamalarından görünür ki, Mərkəzi Bank manatın məzənnəsinin möhkəmlənməsində maraqlı deyil. Sözügedən bank mövcud kursu qoruyub saxlamaqa çalışır. O baxımdan, neftin qiymətini yüksək olmasına baxmayaraq manatın möhkəmlənməsinin hələlik Mərkəzi Bankın gündəliyində olmadığı anlaşılır.
4. Neftin qiymətində son sıçrayış nə ilə bağlıdır? Son qiymət artımları İrana qarşı tətbiq edilən sanksiyalar fonunda OPEC+ formatının son toplantıda hasilatının daha da artırlması ilə bağlı razılıq əldə edə bilməməsi ilə əlaqədardır. Eyni zamanda, sentyabrda hasilatı avqust ayı ilə müqaisədə kəskin artıracağı ilə bağlı vədlərinə baxmayaraq Səudiyyə Ərəbistanı neft ixracatını gündəlik cəmi 50 min barel artırıb. Bu müddətdə OPEC ölkələri üzrə ümumi gündəlik artım cəmi 90 min bareldir. Bu isə karterin sentyabr ayında gündəlik 32.85 million barel neft hasil etməsi deməkdir. Digər tərəfdən, İran və Veneseulada neft ixracatı azalmaqdadır. İranın neft ixracatında ötən ay gündəlik 100 min barel azalma qeydə alınıb. Bu isə o deməkdir ki, İrana tətbiq edilən genişləndirilmiş sanksiyalar fonunda neftə olan qlobal tələbi tam ödəməkdə çətinliklər qalmaqdadır. Bu isə neftin qiymətindəki artımları şərtləndirir. Tramp Administrasiyası isə hələlik neftin qiymətindəki artımları əngəlləməkdə maraqlı görsənmir. Əslində, ABŞ İrana yeni sanksiya tətbiq etməklə qiymət artımlarını təşviq edib.
5. Neftin qiyməti necə dəyişəcək? Mövcud ssenarilərə uyğun olaraq neftin qiyməti noyabrın 5-dən sonra İrana tətbiq edilən sanksiyaların ikinci mərhələsindən asılı olacaq. ABŞ İrandan neft idxal ölkələrə sanksiya tətbiq edərsə o zaman neftin qiymətində yeni sıçrayış ola bilər. Bu dünya bazarından gündəlik 1.1 milyon barel neftin çəkilməsi deməkdir. Bununla belə, orta və uzun müddətli dövr üçün neft bazarında yüksə qiymətlər proqnozlaşdırılmır. Güman olunur ki, dekabrdan başlayarq OPEK bazara daha çox neft çıxara biləcək və bu da tələbib tənzimlənməsinə imkan verəcək. Digər tərəfdən, noyabrda ABŞ-da keçirilən aralıq seçkilərin nəticələri neft bazarında qiymətin necə dəyişəcəyinə birbaşa təsir göstərəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 44 d. sonra
-
- 35 d. əvvəl
- 55 d. əvvəl
-
1 saat əvvəl
Bank Respublika “Qızıl Seçim” lotereyasının ikinci tirajının qaliblərini elan etdi!
-
1 saat əvvəl
ABB-nin son açıqlamasından sonra "DavrBank"ın beynəlxalq reytinqi yüksəldi
-
1 saat əvvəl
"JPMorgan Chase" 2026-cı il üzrə qızılın qiyməti proqnozunu aşağı salıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
Samsung-un 45 mindən çox əməkdaşı 18 günlük tətilə çıxa bilər
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Saat işləyir, İrana verilən vaxt azalır. Dərhal və sürətlə hərəkətə keçsələr yaxşı olar"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
“İrşad BOKT”ın kredit portfeli 22 dəfəyə yaxın artıb
Bank Respublika “Qızıl Seçim” lotereyasının ikinci tirajının qaliblərini elan etdi!
Samsung-un 45 mindən çox əməkdaşı 18 günlük tətilə çıxa bilər
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
"Saat işləyir, İrana verilən vaxt azalır. Dərhal və sürətlə hərəkətə keçsələr yaxşı olar"
Trampın İrana xəbərdarlığından sonra neft daha da bahalaşıb
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 26 GÜN
Serbiya Prezidenti Azərbaycana səfərə gəlib
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər







.jpg)














.jpg)
