Avropanın ən bahalı və ən ucuz ölkəsi müəyyənləşdirilib
Almaniyanın bazar araşdırma və statistika qurumu "Statista" tərəfindən 30 Avropa ölkəsini əhatə edən tədqiqatda Avropanın ən bahalı ölkəsi İslandiya, ən ucuz ölkəsi isə Bolqarıstan olduğu müəyyənləşdirilib.
"Marja" xəbər verir ki, gündəlik istehlak malları üzərindən aparılmış tədqiqatda 2000 ilə 2017-ci illər arasında qiymət artımları faizlə ortaya qoyulub. Araşdırmaya görə, Avropanın ən bahalı ölkəsi olan İslandiyada bahalılıq nisbəti 171% olarkən, İslandiyada son 17 ildə 33.9 faiz bahalaşma baş verib.
İkinci yerdə 165,9% bahalılıq nisbəti ilə İsveçrədir. İsveçrədə son 17 ildə 29% nisbətində qiymət artımı yaranıb. Ən bahalı üçüncü Avropa ölkəsi 151,9% nisbət ilə Norveç, dördüncü yerdə 141% ilə Danimarka,
beşinci yerdə 141% nisbəti ilə Lüksemburq olub.
Ən ucuz ölkə 44 faiz nisbəti ilə Bolqarıstandır. Ölkədə son 17 ildə 12.5% nisbətində bahalaşma baş verib. Növbəti ən ucuz ölkələr - 48.4% bahalılıq nisbəti ilə Rumıniya, 53.2% bahalılıq nisbəti ilə Polşa, 58,5 faiz bahalılıq nisbəti ilə Macarıstan və 60,2%bahalılıq nisbəti ilə Litvadır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 gün sonra
- 19 d. əvvəl
-
-
46 d. əvvəl
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
- 48 d. əvvəl
- 21 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
Qızıl daha da ucuzlaşıb
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
Azərbaycan Litva şirkətilə birgə fabrik yaradır
Azərbaycan neftinin son qiyməti
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 6 GÜN
Ən çox oxunanlar
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub



















.jpg)




