“Bank Avrasiya”nın xalis mənfəəti 4 dəfədən çox azalıb

“Bank Avrasiya” ASC 2018-ci ilin 9 ayını 2 milyon 674 min manat xalis mənfəət ilə başa vurub. Müqayisə üçün qeyd edək ki, Bank 2017-ci ilin 9 ayını 10 milyon 990 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, “Bank Avrasiya”nın xalis mənfəəti 4 dəfədən çox azalıb.
BANKIN GƏLİRLƏRİ AZALIB
“Marja” Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, cari ilin yanvar-sentyabr aylarında “Bank Avrasiya”nın cəmi gəlirləri 10 milyon 100 min manat, o cümlədən faiz gəlirləri 9 milyon 98 min manat, qeyri-faiz gəlirləri isə 1 milyon 2 min manat təşkil edib. Müqayisə üçün qeyd edək ki, ötən ilin 9 ayında “Bank Avrasiya”nın cəmi gəlirəri 11 milyon 515 min manat, o cümlədən faiz gəlirləri 9 milyon 515 min, qeyri-faiz gəlirləri 2 milyon manat təşkil etmişdi. Beləliklə, ötən ilin 9 ayı ilə müqayisədə “Bank Avrasiya”nın cəmi gəlirləri 12,2%, o cümlədən faiz gəlirləri 4,4%, qeyri-faiz gəlirləri 2 dəfə azalıb.
ƏMƏLİYYAT MƏNFFƏTİ AZALIB
Cari ilin 9 ayı ərzində “Bank Avrasiya” 10 milyon 100 min manat cəmi gəliri əldə etmək üçün 5 milyon 453 min manat xərc çəkib və nəticədə bankın 4 milyon 646 manat xalis əməliyyat mənfəəti qalıb.
Ötən ilin 9 ayında “Bank Avrasiya” 11 milyon 515 min manat cəmi gəliri əldə etmək üçün 5 milyon 339 min manat xərc çəkmiş və nəticədə bankın 6 milyon 177 min manat xalis əməliyyat mənfəəti əldə etmişdi. Gəlirlərin azalmasına qarşı xərclərin artması Bankın əməliyyat mənfəətinin azalmasına səbəb olub.
YENİDƏN EHTİYAT YARATMAĞA BAŞLAYIB
Cari ilin 9 ayı ərzində “Bank Avrasiya” 4 milyon 646 manat xalis əməliyyat mənfəətinin 1 milyon 973 min manatını ehtimal olunan kredit və depozit itkiləri üçün yaradılan ehtiyatlara ayırıb. Nəticədə Bank, yanvar-sentyabr dövrünü 2 milyon 674 min manat xalis mənfəət ilə bağlayıb.
Müqayisə üçün qeyd edək ki, Bank ötən ilin 9 ayında ehtiyatlardan 4 milyon 812 min manatı mənfəətə əlavə etmişdi (azad olmuşdu). Buna görə, Bankın xalis mənfəəti 10 milyon 990 min manat təşkil etmişdi. Ehtiyatlara ayırmanın yenidən bərpa edilməsi kredit və depozitlərdə risklərinin artdığına işarədir.
AKTİVLƏR VƏ KREDİTLƏR ARTIB
30 Sentyabr 2017-ci il tarixində "Bank Avrasiya" 164 milyon 765 min manat cəmi aktivlərə (o cümlədən 92 milyon 547 min manat müştərilərə verilən kreditlər və 35 milyon 801 min manat qiymətli kağızlara investisiya), 103 milyon 257 min manat cəmi öhdəliklərə və 61 milyon 508 min manat balans kapitalına malik olub.
30 Sentyabr 2018-ci il tarixində "Bank Avrasiya" 153 milyon 355 min manat cəmi aktivlərə (o cümlədən 86 milyon 780 min manat müştərilərə verilən kreditlər və 24 milyon 380 min manat qiymətli kağızlara investisiya), 89 milyon 469.7 min manat cəmi öhdəliklərə və 63 milyon 886.1 min manat balans kapitalına malik idi.
Maliyyə sektoruna ödəniləcək vəsaitlər, müştərilərin cari hesabları və müştərilərin depozitləri artıb.
"Bank Avrasiya" 61 milyon 102 min manat məcmu kapitala malik olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 d. əvvəl
Qatar ilə Gəncə–Mingəçevir–Ağstafa marşrutu üzrə sərnişin daşımalarına başlanılır
-
16 d. əvvəl
Sabahdan Bakı-Ağdam müntəzəm avtobus reysi işə düşəcək - Gediş haqqı qiyməti məlum oldu
-
-
18 d. əvvəl
Azərbaycanda 2027-ci ilədək 8 günəş və külək stansiyaların istismara verilməsi planlaşdırılır
- 47 d. əvvəl
- 56 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Azərbaycan Dəmir Yolları” işçilərin ixtisarı ilə bağlı xəbərlərə aydınlıq gətirdi
-
1 saat əvvəl
AccessBank-dan “Sərbəst depozit”: Yüksək gəlir və tam sərbəstlik!
-
2 saat əvvəl
“Eurolux” mağazalar şəbəkəsinin rəhbəri dələduzluqla üzləşib
-
2 saat əvvəl
"Sahil" metrostansiyasının yaxınlığında yeni stansiya inşa ediləcək
- 2 saat əvvəl
Son Xəbərlər

Sabahdan Bakı-Ağdam müntəzəm avtobus reysi işə düşəcək - Gediş haqqı qiyməti məlum oldu

Supermarket şəbəkəsi "Xalqlar"da daha bir filialını açır

Sentyabrın 26-da gözlənilən hava şəraiti

“Eurolux” mağazalar şəbəkəsinin rəhbəri dələduzluqla üzləşib

"Sahil" metrostansiyasının yaxınlığında yeni stansiya inşa ediləcək
Ən çox oxunanlar

"Port Baku"nun yanında metro stansiyası olacaq

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Azərbaycan neftinin son qiyməti

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi qismən İT sistemlərini “Hökumət buludu”na köçürüb

Avropa Bankı Azərbaycan iqtisadiyyatı barədə proqnozunu dəyişdi - İQTİSADİ ARTIM YAVAŞLAYACAQ

Bakı metrosunun Müşahidə Şurasının üzvlərinin sayı artırılıb
