Keyfiyyət Assosiasiyası “Beynəlxalq Standartlaşdırma Günü” ilə bağlı tədbir keçirib
Müasir dövrdə standartlaşdırma çoxşaxəli inkişafın tənzimlənməsi üçün əsas meyar kimi qəbul olunur. Standartlaşdırmanın əsas məqsədləri istehsalın effektivliyinin artırılmasından, istehlakçılara təqdim olunan məhsul və xidmətlərin keyfiyyətinin artırılmasından, insan sağlamlığının qorunması istiqamətində təhlükəsizlik normalarının daha da təkmilləşdirilməsindən, ticarətdə texniki maneələrin aradan qaldırılmasından ibarətdir.
Hər il oktyabrın 14-ü bütün dünyada olduğu kimi ölkəmizdə də “Beynəlxalq Standartlaşdırma Günü” kimi qeyd edilir. Bu münasibətlə Keyfiyyət Assosiasiyası İctimai Birliyi tərəfindən “Landmark” hoteldə tədbir keçirilib.
Assosiasiyadan "Marja"ya daxil olmuş məlumata görə, tədbirdə “Səba” ASC, “Baku Steel Company”, “ Siyəzən Broyler” ASC, “Gilan Construction”, “Avrora” MMC, “Caspian Oilfield Sevices”, “Azər-Maya” ASC, “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC, “Bakı Aqropark”, “Smartkom” MMC, “Şirin” MMC, “Azərbaycan Dövlət İqtisad Universiteti”, “Binə Aqro” MMC, “Quality Consulting Services”, “AzSertserviz” MMC, “APC” MMC, “Admedia” reklam agentliyi, “Veysəloğlu” MMC, “Russkiy Registr”, “Avandsis Group”, “AZZA”, “Mado”, DNV, “Azerbaijan Poultry Company”, “Alma” Consulting and Investment, “Qaz-neft avtomat ETİ”, “Qardaşlar Mebel - 3”, “İncert” MMC və s. şirkətlərin nümayəndələri iştirak ediblər.
Tədbiri Assosiasiyanın sədri Samir Novruzlu açaraq həm Assosiasiya üzvlərini, həm də qonaqları “Beynəlxalq Standartlaşdırma Günü” münasibətilə təbrik edib.
O, Azərbaycan Respublikasında standartlaşdırmanın inkişaf etdirilməsi, beynəlxalq standartlara harmonizasiya, beynəlxalq tələblərə cavab verən yeni milli standartların yaradılması istiqamətində görülən işlərin əhəmiyyətindən danışıb.
Assosiasiyanın sədri respublikada tətbiq edilən milli standartların beynəlxalq standartlara uyğunlaşdırılması prosesi, yerli müəssisələrimizdə standartların tətbiqi məsələləri, bu səhədə mövcud olan problemlər, beynəlxalq standartların təşviqi ilə bağlı Keyfiyyət Assosiasiyasının gördüyü işlər barədə geniş məlumat verib.
Sonra Keyfiyyət Assosiasiyası İctimai Birliyinin aparıcı eksperti, Beynəlxalq Keyfiyyət Peşəkarları Qildiyasının üzvü, i.e.f.d. Qalib Şərif çıxış edərək ISO 9000 beynəlxalq standartlar seriyasından, həmçinin, ISO 9001 standartının inkişaf dinamikasından, sözügüdən standartın yeni 2015-ci il versiyasından, onun tətbiqinin praktiki aspektlərindən danışıb.
Tədbir çərçivəsində iştirakçılara müəssisələrdə yaradılan keyfiyyət sistemlərinə beynəlxalq tələblər, bu sahə üzrə mövcud müasir təcrübə, yeni tənzimləyici mexanizmlərə yiyələnmək haqqında məlumatlar verilib.
Tədbirdə yekun sözü ilə çıxış edən S. Novruzlu Keyfiyyət Assosiasiyası tərəfindən ölkə iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun dinamik inkişafının təmin edilməsi, yerli sənaye məhsullarının rəqabətqabiliyyətliliyin artırılması, beynəlxalq ISO standartlarının tələblərinə cavab verən ixracqabiliyyətli məhsulların istehsalı və milli keyfiyyət infrastrukturunun inkişaf etdirilməsi, Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nda göstərilən sənaye müəssisələrinin fəaliyyətinin dəstəklənməsi, onlara standartların tətbiqi sahəsində dəstək verilməsi, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsində göstərilən hədəflərin, qarşıda duran vəzifələrin icracı ilə bağlı dövlət siyasətinə dəstəyin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.
Tədbirin sonunda yerli müəssisələrimizin idarəetmə sistemlərinin qurulması ilə bağlı texniki vəsaitlərə, normativ sənədlərə olan ehtiyacları nəzərə alınaraq, ISO 9001:2015 beynəlxalq standartının Keyfiyyət Assosiasiyasının aparıcı mütəxəssisləri tərəfindən Azərbaycan dilində hazırlanmış qeyri -rəsmi tərcüməsi iştirakçılara təqdim edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
12 saat əvvəl
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
- 13 saat əvvəl
-
13 saat əvvəl
Dövlət şirkətlərini və publik hüquqi şəxsləri monitorinq edəcək agentlik yaradıldı - FƏRMAN
-
13 saat əvvəl
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
- 13 saat əvvəl
-
13 saat əvvəl
Azad edilmiş ərazilərdə bir sıra obyektlər üçün elektrikə qoşulma xidməti pulsuz oldu
-
13 saat əvvəl
Dünya Bankı qiymətləndirməsində Azərbaycanın maliyyə xidmətləri üzrə 101 ölkə arasında zirvədə
- 13 saat əvvəl
-
13 saat əvvəl
Ölkədə ilk dəfə - “PAŞA Bank” yeni POS nağdlaşdırma funksiyasını istifadəyə verdi
-
14 saat əvvəl
Hər 20 litr Aİ-92 benzin və ya 10 litr dizel 1 manat baha başa gələcək
Son Xəbərlər
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
6,3 milyard manatlıq defisiti olan "Azərbaycan Dəmir Yolları" 331 investordan 30 milyon dollar borc aldı
"Hazırda yumurta Gürcüstanda 43 qəpiyə, Türkiyədə 33 qəpiyə, Azərbaycanda isə 16-19 qəpiyə satılır. Nəticələr, çox əladır"
“Azercell Könüllüləri” uşaqlara bayram sevinci yaşadıb
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
Dünya Bankı qiymətləndirməsində Azərbaycanın maliyyə xidmətləri üzrə 101 ölkə arasında zirvədə
Birbank-da əlavə 3 ay taksitlə bayramı dolu-dolu yaşayın
Ən çox oxunanlar
Dövlət bir sıra məhsul və xidmətlər üzrə qiymətlərə dəyişiklik etdi
“SİMA İmza”nın tərəfdaş sayı 100-ə çatdı
ABB-dən daha 3 hesabat!
Azərbaycanda Aİ-92 markalı benzin və dizel bahalaşdı





















