Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

“Azərbaycan Sənaye Sığorta”dan lisenziya ilə bağlı açıqlama

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Azərbaycan Sənaye Sığorta”dan lisenziya ilə bağlı açıqlama
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Xəbər verdiyimiz kimi, Maliyyə Bazarlarına Nəzarət Palatasının qərarı ilə, “Azərbaycan Sənaye Sığorta” ASC-nin müraciəti əsasında təkrarsığorta lisenziyası ləğv edilib. ASC-dən “Marja”nın sorğusuna cavab olaraq bildirilib ki, təkrarsığorta lisenziyasından "faktiki olaraq təkrarsığorta riskləri qəbul etmədiyinə görə" imtina edilib.

 

Reklam_3_11

 “Azərbaycan Sənaye Sığorta”nın açıqlamsında deyilir:

 

- “Azərbaycan Sənaye Sığorta” ASC 1996-ci ildə yaradılmış peşəkar sığorta şirkətidir. Şirkətin müştərilərə qarşı siyasətinin əsasını hər bir riskə fərdi qaydada yanaşma təşkil edir. Fiziki və korporativ müştəriləri üçün dəqiq, şəffaf və etibarlı tərəfdaş olduğunu 22 il ərzində təstiq edib.

 

“Azərbaycan Sənaye Sığorta” ASC strategiyasına uyğun olaraq digər sığorta şirkətlərindən riskləri qəbul etmək üçün tələb olunan təkrarsığorta lisenziyasının könüllü qaydada geri təhvil verilməsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət etmişdir. “Azərbaycan Sənaye Sığorta” ASC 2015-ci ildən etibarən faktiki olaraq təkrarsığorta riskləri qəbul etmir və bununla bağlı qanunvericiliyə tam uyğun fəaliyyət göstərir.

 

Təkrarsığorta lisenziyasının könüllü qaydada geri təhvil verilməsi “Azərbaycan Sənaye Sığorta” ASC-nin sığorta fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur. Şirkət müştərilərə yüksək keyfiyyətli xidmət verir və bu istiqamətdə fəaliyyətini davam etdirməkdədir.

19.10.2018 07:58

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Bank 96 ədəd RAM alır
Bank 96 ədəd RAM alır
18.09.2025 16:48
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18