Ukraynanın məşhur marketoloqu Bakıda təlim-seminar keçirəcək
(®) UKRAYNANIN MƏŞHUR MARKETOLOQU “BRANDFATHER” MÜƏLLİF TƏLİMİ İLƏ BAKINI ZİYARƏT EDƏCƏK
Öz məhsulunu və ya xidmətini bazara çıxaran demək olar ki, hər bir istehsalçı özünə bu sualı verir - “İstehlakçının diqqətini necə cəlb etmək olar?”. Azərbaycan bazarı artıq aqressiv reklam, PR fəaliyyətinə ayrılan böyük büdcələr, müştərilər ilə yerində iş kimi hallara öyrəşıb. Buna baxmayaraq, ümumilikdə keyfiyyətli olan məhsulun reklam və təşviqə sərf edilmiş bütün səylərə rəğmən istehlakçı sadiqliyi baxımından oxşar, bəzən isə daha aşağı keyfiyyətli məhsul və xidmətlərə uduzması hallarının sayı azalmır. Bununla belə, bu və ya digər brendlərin parlaq yüksəlişi və fantastik populyarlıq hekayələri, etdikləri bütün cəhdlərə və göstərdikləri bütün səylərə baxmayaraq bu cür uğur qazana bilməmiş biznesmenləri narahat etməyə davam edir.
Bəs məsələ nədən ibarətdir? İstehlakçını sizin məhsulunuzun daha üstün olduğuna necə inandırmaq olar? Brendin fəlsəfəsi nəyə əsaslanmalıdır? Və səriştəli cavab almaq üçün bütün bu suallar kimə ünvanlanmalıdır? Bu suallar heç də mənasız suallar deyil, belə ki, Bakıda həmin suallara praktiki nümunələrə əsaslanan səriştəli cavablar almaq üçün kifayət qədər unikal bir imkan yaranmışdır.
29 noyabr tarixində “Boulevard Hotel Baku” mehmanxanasında “FEDORIV” müstəqil yaradıcı şirkətinin sahibi və təsisçisi Andrey Fedoriv tərəfindən brendlərə və yeniliklərə həsr olunmuş “BRANDFATHER” təlim seminarı keçiriləcəkdir.
- Tədbirin iştirakçılarına mənim müəllif üsulum təklif olunacaqdır. Bu metodologiya biznesmenlər, şirkət rəhbərləri və startap sahibləri, bir sözlə, brendi əlinə alaraq onun “atası” olmaq istəyən bütün şəxslər üçün üçün faydalı olacaqdır. Bakıdakı seminar özündə Berlin, Kiyev, Almatı, Bakı və London kimi şəhərləri ehtiva edən beynəlxalq turne çərçivəsində keçiriləcəkdir, deyə Andrey Fedoriv bildirib.
Sahibkarlıqdan kənar şəxslər belə anlayırlar ki, güclü brend biznesin müvəffəqiyyətli olmasını təmin edir. Və güclü brendə həm iri, həm də kiçik şirkətlər, habelə müstəqil ekspertlər və qeyri-kommersiya təşkilatları ehtiyac duyur. Gəlin Ukrayna, Qazaxıstan, Azərbaycan, Rusiya, eləcə də Avropa Birliyi ölkələri və ABŞ-da yüzlərlə uğurlu brendin inkişafında 20 illik təcrübəyə malik Andrey Fedorivin metodologiyasının bəzi postulatlarını üzə çıxaraq.
Uğurlu brendin yaradılması iki istiqamətdə işləmək qabiliyyətini tələb edir. Bu istiqamətlərdən birincisi ağlabatan və adekvat, şirkətlər isə burada əsasən müvəffəq olsa da, ikinci istiqamət istehlakçının emosiyaları və duyğularına əsaslanır. Hər iki istiqamətdə bərabər dərəcədə müvəffəqiyyətli olmaq çox vacibdir. Yekun qərarda istehlakçının əqli və duyğusal münasibətinin birləşdirilməsi – brendinq incəsənəti məhz bundan ibarətdir. Yüksək keyfiyyətli məhsul və ya xidmət hazırlayıb əsas istehlakçı kütləsinin nəzərindən kənarda qalmaq da olar, məhsulu düzgün brend ilə əhatə edərək həmişəlik müştərinin qəlbində qalmaq da.
Qeyd etmək lazımdır ki, Andrey Fedorivin köməyi ilə dünyanın müxtəlif hissələrindəki yüzlərlə brend qlobal olmağı bacarmışdır. “FEDORIV” beynəlxalq yaradıcı şirkətinin təsisçisi olan ekspert, uğurlu sahibkar kimi tanınır. Almaniya, ABŞ, Norveç, İsveçrə, Səudiyyə Ərəbistanı və Sinqapur da daxil olmaqla, 15-dən çox ölkədə fəaliyyət göstərən biznes nümayəndələri ilə işləyən şirkət üç ədəd Red Dot Awards mükafatı, FWA mükafatı, awwwards və iF Design mükafatı ilə təltif olunmuşdur.
Marketinq kurslarının, eləcə də sahibkarlığın təbliğatına həsr olunmuş “FEDORIV VLOG” YouTube vloqunun müəllifi olan Andrey Fedoriv biznes təlimçisı kimi də kifayət qədər ciddi uğurlar qazanmışdır.
Marketinq tədbirində iştirak edərək özünüz üçün biznesin idarə edilməsi üzrə əsas alətləri müəyyən edə, eləcə də brend yaratmağı və onları biznesin inkişafı baxımından güclü alətə çevirməyi, bu cür məqsədlərə məhdud büdcə və qısa müddət çərçivəsində nail olmağı öyrənə biləcəksiniz.
Biznes rəhbərləri marketinq şöbələrinin və reklam agentliklərinin işinə nəzarət etməyi və brenlər ilə iş zamanı başqa insanların səhvi ucbatından pul itirməməyi öyrənə biləcəklər. Seminar qida məhsulları, elektron ticarət, pərakəndə satış, daşınmaz əmlak, bank işi və B2B sahələrində uğurlu brend inkişafı nümunələri ilə tanış olmaq imkanı yaradacaqdır.
Tədbir, 29 noyabr tarixində aşağıdakı ünvanda yerləşən “Boulevard Hotel Baku” mehmanxanasında (Tağıyev zalında) keçiriləcəkdir: Bakı şəhəri, Xəqani Rüstəmov küç. 4C.
İştirak və ödəniş ilə bağlı sualları [email protected] elektron ünvanına göndərə bilərsiniz.
Seminar ilə bağlı ətraflı məlumat əldə etmək üçün http://events.fedoriv.com/baku ünvanına müraciət edin.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
1 saat əvvəl
"Xiaomi" Azərbaycanın mobil cihaz bazarındakı payının 27 %-ni itirib
-
-
1 saat əvvəl
Gəncə-Qəbələ-Gəncə qatarı istifadəyə verilir - Biletlərin qiymətləri açıqlanıb
-
2 saat əvvəl
Tramp: Ukraynanın Putinin iqamətgahına hücum etdiyinə inanmıram
-
2 saat əvvəl
Tramp: İran etirazçıları öldürərsə, ABŞ sərt zərbə endirəcək
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
ABŞ-nin müdaxiləsindən sonra təklif narahatlıqları fonunda neft qiymətləri "dalğalanır"
- 3 saat əvvəl
-
4 saat əvvəl
Venesuela ABŞ hökumətini inkişaf yönümlü əməkdaşlıq proqramı üzərində birgə işləməyə dəvət edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
"Xiaomi" Azərbaycanın mobil cihaz bazarındakı payının 27 %-ni itirib
Tramp: İran etirazçıları öldürərsə, ABŞ sərt zərbə endirəcək
ABŞ-nin müdaxiləsindən sonra təklif narahatlıqları fonunda neft qiymətləri "dalğalanır"
Rəsmi məzənnələr açıqlandı
Venesuela ABŞ hökumətini inkişaf yönümlü əməkdaşlıq proqramı üzərində birgə işləməyə dəvət edir
“Azərbaycanla 33 milyard kubmetrlik qaz sazişini razılaşdırdıq, münasib qiymətə qaz alacağıq”
OPEC+ neft hasilatını sabit saxlamaq qərarını təsdiqlədi
Venesuela nə qədər neft ehtiyatına malikdir?
Venesuela Prezidentin səlahiyyətlərini icra edən şəxs təyin edilib
ABŞ Venesuelanı idarə edəcək























