“Khazar SD”lərin Rusiya və Gürcüstana çıxarılması ilə bağlı danışıqlar başlayıb
Neftçala Sənaye Məhəlləsində istehsal olunan “Khazar SD” markalı minik avtomobillərinin Rusiya və Gürcüstan bazarlarına çıxarılması ilə bağlı danışıqlar aparılır, bu bazarların imkanları araşdırılır.
Bu barədə açıqlamasında iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bildirib.
Onun sözlərinə görə, zavodun açılmasında məqsəd daxili tələbatın ödənilməsi ilə yanaşı, həm də Azərbaycandan ixracdır.
“Bu yaxınlarda Rusiyanın paytaxtı Moskvada keçirilmiş sərgidə "Azərmaş” ASC və "İran Khodro” şirkətinin birgə istehsal etdiyi həmin avtomobillər nümayiş etdirildi. Bu, xarici tərəfdaşlar üçün gözlənilməz oldu. “Khazar SD” avtomobilləri ölkədə sənayenin inkişafı ilə bağlı görülən işlərin məntiqi nəticəsidir və onların Rusiya və Gürcüstan bazarlarında satışı imkanları araşdırılır, danışıqlar gedir”, - deyə nazir müavini qeyd edib.
Qeyd edək ki, Neftçaladakı avtomobil zavodunun məhsullarının fərdi şəxslərlə yanaşı, Azərbaycanın dövlət qurumları da alır. Bir qədər əvvəl Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondu 22 ədəd “Khazar SD” markalı minik avtomobili alıb.
SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 6 d. əvvəl
- 9 d. əvvəl
- 11 d. əvvəl
- 12 d. əvvəl
- 15 d. əvvəl
- 16 d. əvvəl
- 12 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Nova Credit" zərərdən mənfəətə keçib - QAZANCI KƏSKİ ARTIB
"Level Leasing"də yığıncaq keçiriləcək
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Ən çox oxunanlar
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu






.jpg)




.jpg)





