Palata bank sektorundakı son vəziyyəti açıqladı - RƏQƏMLƏR
30 sentyabr 2018-ci il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 29 milyard 201.8 milyon manat, kredit portfeli 11 milyard 901.4 milyon manat, cəmi öhdəlikləri isə 25 milyard 89 milyon manat təşkil edib.
Maliyyə Bazarlarına Nəzarət Palatasından “Marja”ya daxil olmuş məlumata görə, sektorun balans kapitalı 4 milyard 112.8 milyon manat olub.
2018-ci ilin sentyabr ayı ərzində bank sektorunun aktivləri 3.8% (1 milyard 74.7 milyon manat), öhdəlikləri 4.2% (1 milyard 11.5 milyon manat), balans kapitalı isə 1.6% (63.2 milyon manat) artıb.
Sentyabr ayında bankların kredit portfelinin dinamikasında əhəmiyyətli dəyişiklik baş verməyib. Cari ilin əvvəli ilə müqayisədə isə bank sektorunun kredit portfeli üzrə 5% (563.8 milyon manat) artım olub.
Sentyabr ayında fiziki şəxslərin əmanətləri 2.2% (175 milyon manat) artaraq 8 milyard 114.9 milyon manat təşkil edib. Ümumilikdə, 2018-ci ilin 9 ayında fiziki şəxslərin əmanətləri 7.6% artıb.
Bank sektoru cari ilin 9 ayı ərzində 509.1 milyon manat əməliyyat mənfəəti, 171.8 milyon manat xalis mənfəət generasiya edib.
Fəaliyyət göstərən 30 bankın filiallarının sayı 511, şöbələrinin sayı 143, ATM-lərin sayı 2 479 olub.
Bank sektorunun işçi heyəti sentyabr ayında 0.8% (138 nəfər) artaraq 17 066 nəfər təşkil edib. Ümumilikdə isə cari ilin 9 ayında sektorda çalışanların sayı 5.5% (895 nəfər) artıb.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 14 saat sonra
-
- 1 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 6 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb






















