Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Növbəti iki gün üçün hava proqnozu açıqlanıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Növbəti iki gün üçün hava proqnozu açıqlanıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan ərazisində növbəti iki gündə müşahidə olunacaq hava proqnozu açıqlanıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova  açıqlamasında bildirib ki, oktyabr ayının 30-da ölkə ərazisində hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir: "Lakin ayın 31-də şimal və şərq rayonlarında yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyinin üstünlüyü müşahidə olunacaq".

 

Onun sözlərinə görə, növbəti günlərdə ölkə ərazisidə havanın temperaturunda mühüm bir dəyişiklik gözlənilmir: "Bakıda və Abşeron yarımadasında havanın temperaturu 18-22, mərkəzi Aran rayonlarında 18-23, dağlı ərazilərdə isə 10-15 dərəcə isti müşahidə olunacaq". 

29.10.2018 08:44

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18