Dövlət böyrək çatışmazlığı və şəkərli diabetə daha çox vəsait ayıracaq
Gələn ilin dövlət büdcəsindən xroniki böyrək çatışmazlığı və şəkərli diabet xəstəliyinin müalicəsi üçün ayrılacaq vəsait artırılır.
Bu, Azərbaycanın 2019-cu il dövlət büdcəsi zərfində öz əksini tapıb.
Gələn il bu xəstəliklərin müalicəsi üzrə tədbirlərə əlavə olaraq 15 milyon manat ayrılması nəzərdə tutulub.
Vəsaitin artılmasına səbəb ölkədə şəkərli diabet və xroniki böyrək çatışmazlığından əziyyət çəkən xəstələrin sayının artmasını və istifadə olunan dərman vasitələrinin əksəriyyətinin xaricdən alınmasıdır.
Dövlət büdcəsindən səhiyyə sahəsinə ayrılacaq məbləğdən 44,3 milyon manat şəkərli diabet xəstəliyinin müalicəsi üzrə tədbirlərin maliyyə təminatına, 30,1 milyon manat isə xroniki böyrək çatışmazlığı xəstəliyi ilə mübarizə üzrə tədbirlərin maliyyələşdirilməsinə ayrılacaq.
Qeyd edək ki, 2019-cu ildə səhiyyə xərcləri üçün ayrılacaq vəsaitin 231,9 milyon manatı məqsədli proqram və tədbirlərin maliyyələşdirilməsinə yönəldiləcək ki, bu da 2018-ci ilə nisbətən 81,2 milyon manat çoxdur. Eyni zamanda, səhiyyə xərclərinin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 4,2 faiz təşkil edəcək ki, bu da 2018-ci illə müqayisədə 1 faiz çoxdur.
SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 2 saat əvvəl
-
- 4 saat əvvəl
-
5 saat əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
5 saat əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 5 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 6 saat əvvəl
-
7 saat əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
8 saat əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
- 9 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Ən çox oxunanlar
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti

















.jpg)



.jpg)



