Daha bir gömrük müfəətişi vəzifəsindən azad edildi
Vətəndaşı aldadıb pulunu alıblar
Dövlət Gömrük Komitəsinin (DGK) Şimal Ərazi Baş Gömrük İdarəsi "Samur" gömrük postunun baş müfəttişi Davud Rövşən oğlu Qəhrəmanov postun yüngül minik nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş idxal xəttində xidmət apararkən qulluq mövqeyindən sui-istifadə edib.
Bu barədə "Marja"ya DGK-nın mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, o "Toyota Camry" markalı M 720 OX 43 dövlət nömrə nişanlı minik avtomobili ilə ölkə ərazisinə gələn Rusiya vətəndaşı Fəqan Cavanşir oğlu Baxışzadəyə gətirdiyi yuyucu tozun şəxsi istifadə üçün qanunvericiliklə nəzərdə tutulmuş normadan artıq olduğunu bildirərək vətəndaşı aldadıb. D.Qəhrəmanov həmin malın ölkə ərazisinə buraxılması müqabilində vətəndaşdan 1 000 Rusiya rublu almağı barədə fəhləlik fəaliyyəti ilə məşğul olan şəxsə qanunsuz göstəriş verib, vətəndaşdan qeyri-qanuni yolla alınan pul vəsaitindən 500 Rusiya rublunu özünə götürüb, bununla da xidməti vəzifəsinin icrasına səhlənkar yanaşaraq, əmək vəzifələrini kobud şəkildə pozub.
"Bu səbəbdən DGK sədrinin müvafiq əmri ilə o, Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən tutduğu vəzifədən azad edilib, onunla bağlanmış əmək müqaviləsinə xitam verilib və toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilib",- Komitənin məlumatında deyilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
7 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
7 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
7 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
8 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 9 saat əvvəl
-
9 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























