“Bu il biz "yatdıq", ərəblər daha çox Türkiyəyə axın etdilər”
Bu yay səudiyyəli turistlər Azərbaycandan daha çox Türkiyəyə səfər ediblər.
Bunu “Marja”ya “New ERA Travel” şirkətinin direktoru Elçin Rüstəmov bildirib.
“2017-ci ilin yayında səudiyyəli turistlər daha çox Azərbaycana gəlməyə başlamışdılar. Bu yay isə yenidən daha çox Türkiyəyə istiqamətləndilər”.
Elçin Rüstəmovun sözlərinə görə, Səudiyyə Ərəbistanında daha çox Türkiyəyə biletlər satılıb. Bunun səbəbi bu il Azərbaycanın təbliğata az fikir verməsidir. Türkiyə qurumları və agentlikləri isə fasiləsiz təbliğat işini davam etdirirlər. Bu da ərəblərin daha çox Türkiyəyə axmasına səbəb olur:
ELƏ İNDİCƏ 3% ENDİRİMLƏ KREDİT ƏLDƏ ET
“2016-cı ildə Azərbaycan olaraq, həm Birləşmiş Ərəb Əmirlikləri, həm də Səudiyyə Ərəbistanında ölkənin təbliğatı üçün çalışdıq. Bu il isə nədənsə passiv olduq. Ərəb tərəfdaşlarımızın sözləri ilə desək, “bu il biz yatdıq”. Biz təbliğatı saxladığımız məqamda türklər durmadan öz reklamlarını apardılar”.
Elçin Rüstəmov əlavə etdi ki, Dekabr ayında Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə Azərbaycanın ixrac missiyası tətşkil olunacaqdır:
“Mən və bir neçə iri turizm agentliyinin rəhbərləri də İxrac missiyası ilə Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanında olacağıq. Missiya çərçivəsində, ölkəmzə ərəb ölkələrindən daha çox turistin gəlməsi, investisiyaların cəlb edilməsi məqsədləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulub”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
8 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 9 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)










.jpg)





