"Avro hələ ki, Dolların alternativi deyil" - FRANSA PREZİDENTİNDƏN ETİRAF
CNN-ə danışan Fransa Prezidenti Emmanuel Macron, Avronun Dollara alternativ olmadığını, Avropanın hələ də Amerika dollarından həddən artıq asılı olduğunu qəbul edib.
YATIRIMDA QAZANMAĞI ÖYRƏNMƏK ÜÇÜN SEMİNARA QATIL
"Marja" xəbər verir ki, Avronun güclü bir alternativ hala gəlməsinin özü üçün mühüm bir məsələsi olduğunu deyən Macron, Avropanın öz təhlükəsizliyini və suverenliyini "inşa etmək" vaxtının çatdığını bildirib.
"Bu günə qədər Avronu Dollar qədər güclü etməkdə uğursuz olduq. Keçmişdə böyük işlər bacardıq, amma hələ də yetərli deyil",- Macron deyib.
Avropanın qurumları və şirkətlərinin Dollara çox bağlı olduğunu vurğulayan Fransız lider, "Bu, mənim üçün mühüm bir məsələdir. Buna görə də Avropa səviyyəsində maliyyə təşkilatlarımızla və bütün tərəfdaşlarımızla çox yaxın şəkildə birgə iş istəyirəm ki, Dollardan daha az asılı olaq" deyib.
ONLAYN SİFARİŞ ET, KREDİTİ 3% ENDİRİMLƏ AL!
Macron, "Belə bir alternativ mütləq Dollara rəqib çıxarmaq üçün deyil" deyərək sözlərinə belə davam edib:
"Bu bir-birinə rəqib olmaq anlamına gəlmir. Məncə, qlobal sistemin sabitliyi üçün Dollar kimi güclü bir pul vahidi qədər onun alternativinə də ehtiyac var. Bu alternativlərdən biri də Avro olmalı, bunun üçün də maliyyə strukturlarımızı daha gücləndirməli və oyunçularımızı Avro Zonası səviyyəsində maliyyələşdirməliyik".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
1 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)















.jpg)
