Mərkəzi Bank “Maliyyə savadlılığı ayı”na Gəncədə start verdi
Azərbaycan Respublikasının Mərkəzi Bankı “Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin “Maliyyə bazarı iştirakçılarının bilik və bacarıqlarının artırılması” adlı hədəfinin icrası ilə əlaqədar “Beynəlxalq Əmanət Günü” və “Maliyyə savadlılığı ayı” çərçivəsində Gəncə şəhərində tələbə-gənclər və təqaüdçülər üçün seminarlar keçirmişdir.
Bu barədə "Marja"ya Mərkəzi Bankdan bildirilib.
Cari ilin 31 oktyabr - 02 noyabr tarixlərində Mərkəzi Bankın Gəncə Regional Mərkəzində təşkil olunmuş bu seminarlarda “Üçüncü bahar” sosial layihə iştirakçıları olan təqaüdçülərə, ASAN könüllülərinə və Azərbaycan Texnologiya Universitetinin tələbələrinə Maliyyə savadlılığı portalı (bizimpullar.az) və Virtual təhsil platforması (edu.e-cbar.az), bank əməliyyatları, kredit, pulun təhlükəsizlik elementləri, nağdsız ödənişlər mövzuları tədris olunmuşdur. İştirakçılara mövzulara dair animasiyalar nümayiş etdirilmiş, müzakirələr aparılmış və onları maraqlandıran suallar cavablandırılmışdır.
Bu təlimlərlə yanaşı, “Gəncə Mall” ticarət mərkəzində və Gəncə “ASAN xidmət” mərkəzində təbliğat-təşviqat tədbirləri keçirilmiş, əhaliyə Maliyyə savadlılığı portalı (bizimpullar.az) və Virtual təhsil platforması (edu.e-cbar.az) haqqında məlumatlar verilmiş, müxtəlif maarifləndirici bukletlər paylanılmışdır.
Mərkəzi Bankın təşəbbüsü ilə tələbə-gənclər üçün bu səpkili seminarların, eləcə də əhalinin maliyyə bilikləri və bacarıqlarının artırılmasına yönəlmiş müxtəlif tədbirlərin gələcəkdə də keçirilməsi nəzərdə tutulur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
5 d. əvvəl
Qazaxıstan BTC üzrə neft tədarükünü 2,2 milyon tona çatdırmağı planlaşdırır
- 47 d. əvvəl
-
- 1 saat əvvəl
- 3 saat əvvəl
- 19 saat əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
2 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Qızılın bahalaşması yenidən sürətlənib
Rəsmi məzənnələr açıqlandı
Azərbaycan neftinin son qiyməti
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb





















.jpg)





