Mərkəzi Bank: Kredit aktivliyi zəif bərpa olunur, banklarda izafi likvidlik yüksəkdir
Hesabat dövründə iqtisadiyyatın pula tələbin təmin edilməsi və likvidliyin effektiv idarə olunması məqsədilə Mərkəzi Bank müxtəlif müddətli (7 günədək, 14 günlük, 28 günlük və s.) çərçivə və açıq bazar əməliyyatlarını aktiv saxlamışdır. Cari ilin 9 ayı ərzində kredit aktivliyinin yüksəlməsinə baxmayaraq bank sisteminin likvidlik mövqeyində iri həcmli profisiti qalmaqda davam etmişdir. Bu da Mərkəzi Bankın həyata keçirdiyi sterilizasiya əməliyyatlarına yüksək tələbi şərtləndirir.
"Marja" bu barədə, Azərbaycan Mərkəzi Bankının 2018-ci ilin yanvar-sentyabr ayları üzrə pul siyasəti icmalında bildirilir.
İcmalda qeyd edilib ki, 2018-ci ilin 9 ayında Mərkəzi Bank milli valyutada sərbəst vəsaitlərin cəlb olunması üzrə 41 depozit hərracı, notların yerləşdirilməsi üzrə 37 hərrac keçirmişdir. Depozit əməliyatları vasitəsilə vəsaitlər 14 gün müddətinə cəlb edilmiş, notlar isə 28 gün müddətinə yerləşdirilmişdir. Hesabat dövrünün sonuna depozit hərracları və notların yerləşdirilməsi vasitəsilə cəlb edilən vəsaitin cəmi qalığı 1.75 mlrd. manat olmuşdur.
Bundan depozit əməliyyatları ilə cəlb edilmiş vəsaitlər 700 mln. manat, notların yerləşdirilməsi nəticəsində cəlb edilən vəsaitlər isə 1050 mln. manat təşkil etmişdir. Cari ilin 9 ayının sonuna depozit hərracları və notların yerləşdirilməsi vasitəsilə cəlb edilən vəsaitin qalığı ilin əvvəli ilə müqayisədə 9.7% azalmışdır.
Dəhlizin aşağı həddinin aşağı salınması ilə sterilizasiya əməliyyatları üzrə gəlirliyin aşağı düşməsinə baxmayaraq tələb təklifi keçirilən depozit hərraclarında 2.6 dəfə, notların yerləşdirilməsi üzrə hərraclarda isə 2.4 dəfə üstələmişdir. Bu bank sistemində izafi likvidliyin yüksək olduğunu göstərir.
Depozit və qısamüddətli notların yerləşdirilməsi üzrə əməliyyatlar izafi pul təklifinin sterilizasiyası ilə yanaşı pul bazarının inkişafı və bununla da, pul siyasəti üzrə əməliyyat çərçivəsinin təkmilləşdirilməsinə, banklararası bazarın inkişaf etdirilməsinə də müsbət təsir göstərir. Mərkəzi Bankın sterilizasiya alətləri üzrə gəlirlik pul bazarının vacib reprezentativ göstəricisinə çevrilməklə digər faiz dərəcələrinin səviyyəsinin formalaşmasına təsir göstərməkdədir.
Qeyd etmək lazımdır ki, cari ilin yanvar-fevral aylarında açıq bazar əməliyyatları olaraq depozit əməliyyatları və notların yerləşdirilməsi üzrə faiz dərəcələri müvafiq olaraq uçot dərəcəsinə yaxın səviyyədə formalaşsa da, sonradan kredit aktivliyinin zəif bərpası və bank sistemində iri həcmli struktur likvidliyi şəraitində açıq bazar əməliyyatları üzrə faiz dərəcələri faiz dəhlizinin aşağı həddinə yaxın səviyyədə bərqərar olmuşdur.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 7 saat sonra
-
- 8 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb





















