"Azərbaycanda plastik torbaların istifadəsi qadağan olunacaq" - MÜSAHİBƏ
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ekoloji marifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyevanın müsahibəsi.
- Plastik tullantıların zərəri çoxdurmu?
- Plastik qablaşdırma tullantıları, xüsusən də polietilen torbalar ətraf mühiti çirkləndirən əsas faktorlardan biridir. Bu günədək istehsal olunan plastik qablaşdırma məhsullarının 50%-i son 20-25 il ərzində istehsal olunub. Bu sahədə vəziyyəti mürəkkəbləşdirən amillərdən biri də plastik tullantıların təbiətdə 100 illər ərzində parçalanmadan ilbəil miqdarının artmasıdır. Araşdırmalar göstərir ki, bu tullantılar düzgün idarə olunmadığından ətraf mühiti və sututarları çirkləndirir. Eyni zamanda, kənd təsərrüfatı torpaqlarının dərin qatlarına keçərək bitkilərin normal inkişafına və bununla da məhsuldarlığın aşağı düşməsinə səbəb olur. Digər tərəfdən, bu tullantılar yanan zaman əmələ gələn toksiki tüstü atmosfer havasını zəhərləyir.
Odur ki, plastik tullantıların təbiətə neqativ təsirlərinin aradan qaldırılması ətraf mühitin sağlamlaşdırılması sahəsində prioritet hesab olunur.
- Dünyada vəziyyət necədir?
- Bəzi Avropa ölkələrində, məsələn, Hollandiya, Sloveniya, Çexiya, Slovakiya, Polşa, İsveç, Finlandiya, Latviya, Litvada ildə adambaşına 10-19 kq plastik tullantı əmələ gəlir.
Bir çox inkişaf etmiş ölkələrdə plastik qablaşdırıcılardan istifadənin azaldılması və ya qadağa olunması istiqamətində müvafiq qanunvericilik bazası yaradılıb. Müxtəlif iqtisadi mexanizmlərdən istifadə edilməklə plastik tullantıların toplanılması, təkrar emalı sisteminin təkmilləşdirilməsi işləri aparılır.
Məsələn, 1994-cü ildə Danimarkada ticarət müəssisələrində pulsuz polietilen torbaların paylanmasına vergi tətbiq olunub. Danimarkada plastik torbalar ödənişli ediləndən sonra alıcılar arasında ona təlabat 90% azalıb. İrlandiyada plastik torbaların qiyməti artdıqdan sonra bu məhsula tələbat 94% azalıb. Latviyada polietilen paketlərdən istifadəni azaltmaq üçün onlara vergi tətbiq olunur. İtaliyada 2011-ci ildən yüngül çəkili plastik torbaların istifadəsinə qadağa qoyulub. Bu plastik torba istehlakının 50% azalmasına gətirib çıxarmışdır.
Ümumiyyətlə, əksər Avropa ölkələrində plastik torbalardan istifadənin məhdulaşdırılması istiqamətində əsas tədbir kimi plastik torbaların ödənişli olması və ya ekoloji vergi tətbiqindən istifadə edilir.
Hazırda bir çox Avropa ölkələrində dəfələrlə istifadə olunan parça torbalardan və asanlıqla parcalanan qablaşdırma materiallarından istifadəyə üstünlük verilir.
- Bəs Azərbaycanda vəziyyət necədir?
- Azərbaycanda isə Dövlət Statistika Komitəsinin məlumatları əsasında aparılmış təhlilə görə, adambaşına ildə 24 kq plastik tullantı əmələ gəlir. Azərbaycanda Statistika Komitəsinin və Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2009-cu ilə görə plastik torbaların ölkədə istehsalı 2 dəfəyə qədər, bu məhsulların ölkəyə idxalı isə 5 dəfəyə qədər artıb.
- Vəziyyətin yaxşılaşdırılması üçün hansı işlər görülür?
- Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Azərbaycanda bu məsələnin həlli istiqamətində ardıcıl işlər görülür. Ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılması, plastik tullantılarının yandırılması zamanı atmosfer havasının çirkləndirilməsi nəticəsində insan sağlamlığı üçün yaranan əlavə risklərin azaldılması üçün mərhələli şəkildə plastik məhsulların istifadəsinin məhdudlaşdılılmasına yönələn fəaliyyətimiz, düşünürəm ki, əhali tərəfindən dəstəklənəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi gələn ildən başlayaraq ticarətdə plastik torbaların ödənişli olması ilə bağlı müvafiq işlər görür və yaxın zamanda ölkədə birdəfəlik istifadə olan 20 mikrona qədər plastik torbaların istifadəsinin qadağan olunması nəzərdə tutulur.
Düşünürük ki, bu addımlar problemin həlli istiqamətində irəliləyişin əldə olunmasına, atmosfer havasının əlavə çirklənməməsinə və insan səhəti üçün yarana biləcək fəsadların azaldılmasına gətirəcək. Hər bir insanın təmiz ətraf mühitdə yaşamaq hüququ varsa, deməli heç bir insanın da bu ətraf mühiti çirkləndirmək hüququ yoxdur.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 3 həftə sonra
-
-
14 d. əvvəl
"Qrenlandiyanın satın alınması ABŞ-a 700 milyard dollara başa gələ bilər"
- 27 d. əvvəl
- 35 d. əvvəl
-
44 d. əvvəl
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
- 1 saat əvvəl
-
1 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 15 faiz olan istiqrazları 50 investor əldə etdi
- 2 saat əvvəl
-
3 saat əvvəl
İnvestisiya bankçılığında yeni nailiyyətlər və investisiya xidmətlərinin daha da əlçatan edilməsi
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kapital Bank"ın xalis mənfəəti 1,7 dəfə artıb
Ən çox oxunanlar
Azərbaycan dünya pasportları reytinqində 3 pillə yüksəlib
İnvestisiya bankçılığında yeni nailiyyətlər və investisiya xidmətlərinin daha da əlçatan edilməsi
Nestle şirkəti üzr istədi
Bank Gəncə filialı üçün mebel alır - TENDER
“Fizza Pay” şirkətinə icrası məcburi olan göstəriş verilib
Yeni il lotereyası davam edir: 3 000 000-a yaxın Birbanklı mənzil qazanmaq şansına sahibdir






















