Neft qiymətləri daha da düşdü
Neft qiymətləri düşməkdə davam edir.
"Marja" xəbər verir ki, Brent nefti 58 dollardan da aşağı düşüb.
Bakı vaxtı ilə saat 13:29-da Brent nefti 1.5% ucuzlaşma ilə 57,89 dolları, ABŞ xam nefti isə 1,2% ucuzlaşma ilə 49,71 dolları görüb.
ABŞ-ın xam neft ehtiyatlarındakı artım ilə bağlı olaraq neft qiymətləri düşür.
Xəbər verdiyimiz kimi, ABŞ Enerji İnformasiya İdarəsi (EIA) ölkədə kommersiya (satış) məqsədli xam neft ehtiyatlarının ötən həftə 3,6 milyon barel (0,8 faiz) artımla 450,5 milyon barelə çıxdığını açıqlayıb.
Bazar gözləntisi, ehtiyatların 800 min barrel artacağı istiqamətində idi. Xam neft ehtiyatları ötən həftə 4,9 milyon barrel artmışdı.
Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları isə ötən həftə 2 milyon barrel (0,3 faiz) azalaraq 650,6 milyon barrelə enib.
ABŞ-ın benzin ehtiyatları da ötən həftə 800 min barel (0,3 faiz) azalaraq 224,6 milyon barelə düşüb. Benzin ehtiyatlarına dair bazar gözləntisi 600 min barel artım olması istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 1,3 milyon barel azalmışdı.
ABŞ-ın xam neft idxalı, keçən həftə əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 608 min barel artımla 8,16 milyon barelə çatıb, ixracı da gündəlik orta hesabla 473 min barrel artaraq 2,44 milyon barrelə yüksəlib.
NEFT HASİLATI REKORD SƏVİYYƏDƏDİR
Ölkənin xam neft istehsalı isə keçən həftə əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 5 min barel azalıb. Azalmaya Alyaska ştatındakı istehsaldan qaynaqlanıb, digər ştatlarda isə dəyişiklik olmayıb.
Beləliklə, 17-23 Noyabr həftəsində ABŞ-ın xam neft istehsalı təxminən gündəlik orta hesabla 11,7 milyon barrel olub. Bu, ölkə tarixində rekord səviyyədir.
Ölkənin xam neft istehsalı isə son 46 həftədə 9 dəfə azalma göstərib.
EIA-nın Noyabr hesabatına görə, ölkənin gündəlik orta hesabla xam neft hasilatının bu il 10,9 milyon barrel, gələn il isə 12,1 milyon barrel olacağı ehtimal edilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
16 d. əvvəl
Aşağı büdcəli aviaşirkət Daşkənddən Bakı və Gəncəyə uçuşlara başlayıb
-
- 19 d. əvvəl
-
28 d. əvvəl
İlham Əliyev “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxış edib
-
31 d. əvvəl
ABŞ Dövlət katibinin iqtisadi məsələləri üzrə köməkçisi Azərbaycanda səfərdədir
- 1 saat əvvəl
-
1 saat əvvəl
Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
Mülki Aviasiya İşçilərinə ÖZƏL KREDİT TƏKLİFİ
Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"
Neft 2 faizdən çox bahalaşıb
Ən çox oxunanlar
Qlobal bazarlar Trampın qərarını gözləyir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 12 GÜN
“Merkuri BOKT” yığılmış zərərdən xilas olub
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
BOKT “İnkişaf Üçün Maliyyə”nin mənfəəti 26% artıb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir























