İki yem emalı və toxum təmizləmə məntəqəsi istifadəyə verilib
Bu gün ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) missiya direktoru Caydex Sinqx Goranboy rayonunun Faxralı və Qaradağlı kəndlərində iki yem emalı və toxum təmizləmə məntəqələrinin açılışında iştirak edib.
USAID-dən verilən məlumata görə, bu məntəqələr yerli fermerlərə özlərinin mal-qara və quş təsərrüfatları üçün münasib qiymətə yem əldə etməyə imkan yaradacaq.
Həmin məntəqələr USAID və Azərbaycanın İqtisadiyyat nazirliyi arasında kəndlərdə infrastrukturun yaxşılaşdırılmasına yönəlik əməkdaşlıq çərçivəsində inşa edilib. Baxmayaraq ki, bir çox kənd sakinləri öz torpaqlarında yonca və arpa əkirlər, həmin məntəqələr qurulmamışdan öncə İndi isə yerli sakinlər məhsullarını məhz öz icmalarında yemə çevirə biləcəklər.
Bu yeni məntəqələr həmin icmaların maldarlıq, quşçuluq və kənd təsərrüfatı ilə məşğul olan 2000-ə yaxın ailənin vaxtına, puluna və enerjisinə qənaət etməyə kömək edəcək. Beləki, kənd sakinləri toxumları təmizləmək üçün rayon mərkəzinə uzun məsafə gət etməli olmayacaqlar:
“İcmanıza olan dəstəyimiz ABŞ və Azərbaycan xalqları arasında davamlı dostluğun rəmzidir”, deyə missiya direktoru Caydex Sinqx qeyd edib. O həmçinin USAID və Azərbaycan hökuməti arasında möhkəm və davamlı tərəfdaşlığı alqışlayıb. Goranboy rayon icra hakimiyyəti başçısının müavini Elçin İsmayılov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədrinin müavini Nadir Adilov, habelə USAID əməkdaşları və yerli sakinlər tədbirə qatılıblar.
USAID-in Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) adlı layihəsi Şərq-Qərb İdarəetmə İnstitutu (EWMI) tərəfindən icra olunur və rayonlarda sosial-iqtisadi inkişafı artırmaq və həyat səviyyəsini yaxşılaşdırmaq üçün vətəndaşların, vətəndaş cəmiyyəti təşkilatlarının, habelə hökumət nümayəndələrinin əməkdaşlığını təşviq edir. ABŞ və Azərbaycan 215,000-dən çox insanın yaşadığı 146 müxtəlif icmada 125 icma layihəsi həyata keçirib. Bu layihələr arasında yem emalı məntəqələri, texniki və suvarma, idman meydançaları, pendir istehsalı müəssisəsi, tibb məntəqələri və yollar olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 3 d. əvvəl
-
- 10 d. əvvəl
-
13 d. əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
-
44 d. əvvəl
Ötən il dövlət büdcəsinin icrasında 528 milyon manatlıq artıqlıq yaranıb
-
45 d. əvvəl
ABB-nin ipoteka krediti ilə “Gəncə Park City”-də mənzil sahibi olun! - ŞƏRTLƏR
- 53 d. əvvəl
-
1 saat əvvəl
“AFB Bank” kredit portfellərinin artım sürətində bütün bankları geridə qoyub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Türkiyə kapitallı bank Azərbaycanda biznes kreditləri portfelini kəskin artıb
-
2 saat əvvəl
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım
Ən çox oxunanlar
Yanvarın 20-də gözlənilən hava şəraiti
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
Dövlət bankının kredit portfelində azalma
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir




























