Təkrar bazarda Embafinans istiqrazlarına maraq var - 90%-İ SATILIB
Embafinans daha 1 milyon manatlıq istiqraz yerləşdirib. Emissiyanın ümumi həcmi 3 milyon manata çatıb
Embafinans bank olmayan kredit təşkilatının istiqrazlarının emissiyasının ikinci tranşı tam həcmdə yerləşdirilib.
3 dekabr, 2018-ci il tarixində Bakı Fond Birjasında Embafinansın 1 milyon AZN həcmində, 1 il (365 gün) tədavül müddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Yerləşdirmə zamanı hərrac qiyməti 1000 AZN olmuşdur. 1 investor tərəfindən 1 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 1 milyon AZN olmuşdur. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 1 milyon AZN təşkil etmişdir.
İldə 10,5% gəlir gətirən istiqrazların ödəmə tarixi 3 dekabr 2019-cu ildir.
Xatırladaq ki, bu, Embafinans istiqrazlarının emissiyasının ikinci tranşıdır. Buraxılışın 2 milyon manat məbləğində birinci tranşı cari ilin 8 oktyabr tarixində yerləşdirilmişdir. Beləliklə, emissiyanın ümumi həcmi 3 milyon manata çatıb. AzFinance İnvestisiya Şirkətindən "Marja"ya daxil olmuş məlumata görə, birinci tranş çərçivəsində buraxılan istiqrazların artıq 90% təkrar bazarda satılıb.
Yerləşdirmə üzrə anderrayter AzFinance İnvestisiya Şirkətidir. Təkrar bazarda istiqrazları istənilən şəxs AzFinance İnvestisiya Şirkətinə müraciət etməklə ala bilər. AzFinance istiqrazları fiziki şəxslərə 10,5% gəlirliklə təklif edir. Bu istiqrazların sahibləri hər ay faiz ödənişi əldə edirlər və bu gəlirdən heç bir vergi və əlavə xərcləri olmur. İstiqrazları istənilən zaman satıb gəlirləri ilə birlikdə vəsaitləri geri götürmək mümükündür.
İstiqrazları almaq çox sadədir. Şəxsiyyət vəsiqəsi təqdim edildikdən sonra, müqavilə bağlanılır və vəsait müştərinin istədiyi banka yerləşdirilir, sonra isə AzFinance və ya Milli Depozit Mərkəzinə köçürülür. İstiqrazlar bir iş günü ərzində alınır və müştəriyə istiqrazların sahibi olduğu barədə sənəd təqdim edilir.
EMBAFİNANS HAQQINDA
Embafinans 2012-ci ildən fəaliyyət göstərir və bu illər ərzində 150 mindən çox müştəriyə 160 milyona yaxın kredit verib. Nizamnamə kapitalı 10 milyon manatdır. Ödəmə vaxtı keçmiş kreditlərin cəmi kreditlərdə xüsusi çəkisi cəmi 4,5%-dir. Effektivliyinə (mənfəət/kapital nisbətinə) və kredit portfelinin problemsizliyinə görə ilk 5 bankla müqayisə ediləcək səviyyədədir. Embafinans son 3 ili mənfəətlə fəaliyyət göstərib. 2018-ci ilin 3 rübünün nəticəsinə görə Embafinans 1,5 mln manat mənfəət əldə edib.
Qeyd edək ki, Embafinans mebel və məişət avadanlıqları bazarında bir çox şirkətlərin məhsullarını əsasən də mebel şirkətlərinin məhsullarını kreditləşdirir. Embafinansın hazırda 2-si Bakıda, 4-ü isə regionlarda olmaqla 6 filialı var. Bununla yanaşı Embafinans kreditlərin elektron satışı istiqamətində də böyük nailiyyətlər əldə edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
3 saat əvvəl
Azərbaycan və Rusiya yükdaşımaların həcminin daha da artırılması üzrə tədbirləri müzakirə ediblər
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Prezident İlham Əliyev Rusiya Hökuməti Sədrinin müavinini qəbul edib
-
4 saat əvvəl
SOCAR-ın prezidenti bp-nin icraçı vitse-prezidenti ilə görüşüb
-
4 saat əvvəl
Abşeron Logistika Mərkəzi 80 000 m² yeni anbar kompleksini istifadəyə verdi
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan və Rusiya yükdaşımaların həcminin daha da artırılması üzrə tədbirləri müzakirə ediblər
Tramp: İran razılığa gəlmək istəyir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
SOCAR-ın prezidenti bp-nin icraçı vitse-prezidenti ilə görüşüb
Supermarketlər şəbəkəsinin Xırdalanda filialı açılacaq
Bank Şirvanda yeni filialını açdı
Banklara ipoteka üçün yeni limitlər ayrıldı
İranda müharibə ilə Dollar bahalaşır, avro və funt ucuzlaşır
Müharibənin ABŞ üçün xərci hesablanıb
TAP-ın ötürücülük gücü əlavə olaraq 1,2 milyard artırılıb
Böyük Britaniya Azərbaycana yeni səfir təyin etdi
“Trendyol”da Novruz endirimləri başlayır




















