Lizinq götürənlər barədə məlumatlar Kredit Bürosuna ötürülür
Azərbaycanın lizinq şirkətlərinin də Azərbaycan Kredit Bürosuna inteqrasiyası başlayır. Lizinq şirkətləri müştəriləri barədə məlumatları Büroya təqdim edəcəklər. Bundan sonra gecikdirilən lizinq ödənişləri də müştərinin kredit tarixçəsini pisləşdirəcəkdir. Hətta indiyədək lizinq borcu üzrə ödənişini vaxtında həyata keçirilməyənlər gələcəkdə kredit və lizinq götürən zaman çətinliklə üzləşə bilərlər.
Azərbaycan Kredit Bürosu (Büro) əhatə dairəsinin genişləndirilməsi, məlumat istifadəçilərinin daha geniş informasiya ilə təmin edilməsi strategiyası çərçivəsində ölkədə fəaliyyət göstərən lizinq şirkətlərinin nümayəndələrinin iştirakı ilə görüş keçirmişdir.
Tədbiri giriş sözü ilə açan Büronun Baş direktoru Elçin Həbibov iştirakçılara Büronun fəaliyyəti və bu müddət ərzində təqdim edilmiş xidmətlər haqqında məlumat vermişdir. Baş direktor eyni zamanda çıxışında kredit məlumatlarının mübadiləsi sisteminin biznes subyektlərinin risklərinin azaldılmasındakı rolu barədə tədbir iştirakçılarına məlumat vermişdir.
Görüşdə Büronun əməkdaşları Büronun xidmətləri və lizinq şirkətlərinin Büroya inteqrasiyası ilə bağlı nəzərdə tutulan plan və addımlar haqqında təqdimatlarla çıxış etmiş, tədbir iştirakçıları ilə məlumat mübadiləsi üzrə interaktiv müzakirələr aparılmışdır.
Qeyd edək ki, Büro tərəfindən ilkin olaraq lizinq şirkətlərinin Büroya inteqrasiyası imkanlarının qiymətləndirilməsi aparılacaq və onların Büroya qoşulması üçün zəruri təlimatlar və test mühit təqdim olunacaqdır.
Müvafiq hazırlıq prosesini başa çatdırmış və öz portfelini Büroya ötürməyə hazırlığı bitirən şirkətlər Büro ilə real vaxt rejimində məlumat mübadiləsinə başlayacaqlar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
- 1 gün sonra
-
- 23 saat sonra
- 17 d. əvvəl
-
28 d. əvvəl
SOCAR-ın reytinqi "şəffaflıq və maliyyə siyasətindəki irəliləyişlərə görə" qaldırıldı
- 43 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
2025-ci ildə mənzil bazarında alıcıların üstünlük verdiyi yeni trendlər
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
Bank Zəfər Gününə özəl, daha aşağı faizlə kredit verir
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
“Bakı Elektroavtomat”ın rəhbərliyi formalaşdırılacaq
Azərbaycan Çin şirkətilə 100 MVt gücündə Günəş Elektrik Stansiyası Layihəsi üçün müqavilə imzaladı
Bu il Kino Agentliyinə ayrılmış vəsaitdən qalan 5 milyonun gələn il necə xərclənəcəyi açıqlanıb
Sənaye şirkəti ləğv edilir
İnvestisiya şirkətində növbədənkənar yığıncaq keçiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub












.jpg)










