Gənclər Mərkəzi açıldı - YENİLƏNİB + FOTOLAR
Dekabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yeni inşa olunmuş Gənclər Mərkəzinin açılışında iştirak edib.
Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev görülən işlər barədə dövlətimizin başçısına məlumat verdi.
Gənclər Mərkəzi yenidən qurulan istirahət parkında yerləşir. Ümumi ərazisi 2,3 hektar olan parkda yenidənqurma işlərinə 2014-cü ilin sonunda başlanılıb. Bu istirahət mərkəzinin ərazisində idman meydançası və açıq havada müxtəlif mədəni tədbirlərin keçirilməsi üçün səhnə quraşdırılıb. Parkda inşa olunan Gənclər Mərkəzinin üçmərtəbəli binasının qarşısında ümummilli lider Heydər Əliyevin abidəsi ucaldılıb.
Dövlətimizin başçısı ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoydu.
Sonra Prezident İlham Əliyev Gənclər Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsdi və burada yaradılan şəraitlə tanış oldu.
Məlumat verildi ki, Mərkəzin ümumi sahəsi 5800 kvadratmetrdir. Mərkəzin yüksək zövqlə inşa edilən binasının interyeri müasirliyi ilə seçilir. Burada 300 yerlik böyük konfrans zalı yaradılıb. Zalda rayonun ictimai-siyasi, mədəni həyatı ilə bağlı əlamətdar tədbirlərin keçirilməsi üçün hər cür şərait mövcuddur.
Gənclər Mərkəzində Heydər Əliyev Muzeyi fəaliyyət göstərəcək.
Azərbaycan tarixində müstəsna xidmətləri olan ulu öndər Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi məqsədilə ölkəmizdə silsilə tədbirlər keçirilir. Gənclər Mərkəzində Heydər Əliyev Muzeyinin yaradılması Ulu Öndərin zəngin və çoxşaxəli irsinin gənclər arasında təbliğində və öyrənilməsində mühüm rol oynayır. Muzeydə Ümummilli Liderin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotolar və eksponatlar var. Burada, həmçinin Ulu Öndərin çoxşaxəli siyasi fəaliyyəti nəticəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun möhkəmləndirilməsi, müstəqilliyin ilk illərində ölkəmizdə vətəndaş müharibəsinin qarşısının alınması, iqtisadiyyatın ağır böhran vəziyyətindən çıxarılaraq inkişaf yoluna qədəm qoyması, qüdrətli ordu quruculuğu istiqamətində həyata keçirilən mühüm tədbirləri əks etdirən fotolar və sənədlər nümayiş olunur.
Gənclər Mərkəzində virtual atıcılıq otağı, foto, rəsm, dizayn və poliqrafiya studiyaları, fortepiano, rəqs və intellektual oyun zalları yaradılıb. Burada, həmçinin kiçik konfrans zalı, gənclik kafesi, kompüter, xarici dil kursları, linqafon kabineti, şahmat otağı, virtual sinif var. Mərkəzdə 90 yerlik kinozal və elektron kitabxana da gənclərin ixtiyarına veriləcək. Bundan başqa, burada nikah zalları da yaradılıb.
Bu cür müasir Gənclər Mərkəzinin inşası bir daha sübut edir ki, ölkəmizdə gənclər siyasətinin reallaşdırılması istiqamətində görülən çoxşaxəli tədbirlər ardıcıl xarakter daşıyır. Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan dövlət gənclər siyasətinin davam etdirilməsi Prezident İlham Əliyevin fəaliyyətində mühüm yerlərdən birini tutur. Bu gün ölkəmizdə gənclərin vətənpərvərlik, dövlətçilik prinsiplərinə, həmçinin tarixi-mədəni keçmişimizə, milli-mənəvi dəyərlərimizə rəğbət ruhunda tərbiyə olunması prioritet istiqamətlərdəndir.
Sabunçu rayonunda Gənclər Mərkəzinin inşa edilməsi bu gün ölkəmizdə Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, gənclərin intellektual və yaradıcı potensialının üzə çıxarılması, onların fəallığının artırılması istiqamətində məqsədyönlü layihə və proqramların ardıcıl xarakter aldığını göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 13 saat sonra
-
-
47 d. əvvəl
SOCAR Serbiyada yeni qaz elektrik stansiyasının inşası üzrə danışıqlar aparır
-
9 saat əvvəl
Mayın 18-də gözlənilən hava şəraiti - Ayrı-ayrı yerlərdə intensiv yağış olacaq
- 9 saat əvvəl
-
9 saat əvvəl
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
-
11 saat əvvəl
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 27 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Serbiya Prezidenti Azərbaycana səfərə gəlib
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
Şavkat Mirziyoyev WUF13-də iştirak üçün Azərbaycana gəlir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 27 GÜN
Prezident İlham Əliyev Keniya Prezidentilə görüşüb
AZAL Naxçıvan reyslərini bərpa edib
"79 şəhərdən 68-nin baş planı yenilənib, 11 şəhər üzrə isə hazırlıq işləri davam edir"
ING: Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ÜDM-in 10 %-ni təşkil edə bilər
Tramp İranı yenidən hədələdi - “Hər şeyi iki günə məhv edə bilərik"






.jpg)







.jpg)






