Avropa Mərkəzi Bankı faiz qərarını açıqladı
Avropa Mərkəzi Bankı faiz dəyişdirmədi, qiymətli kağız (istiqraz) alışı proqramını dayandırdı
Avropa Mərkəzi Bankı (AMB) faizlərini gözlənildiyi kimi dəyişdirmədi.
"Marja" xəbər verir ki, Bank, pul siyasəti faizini 0%-də, depozit faizini mənfi 0.40%-də və marjinal maliyyələşmə faizini də 0.25%-də saxlayıb.
AMB, iqtisadiyyatda ləngimə narahatlıqlarına və artan risklərə baxmayaraq trilyonluq qiymətli kağız alışı proqramını dayandıracağını da təsdiq edib.
Bank, ən azı 2019-un yazına qədər şərtlərin dəyişməyəcəyi ritorikasını təkrarlayıb.
Bank, lazım olduğu müddət ərzində vaxtı başa çatan istiqrazlara yenidən investisiya qoyulacağını da bildirib.
Bankın açıqlamasında "İdarə heyəti müddəti başa çatan qiymətli kağızlara yenidən investisiyaya davam etmək niyyətindədir. Yenidən investisiya, AMB faizi artırmağa başladıqdan sonra da uzun bir müddət davam edəcək" dedyilir.
AMB rəsmiləri yaydan bəri proqramın Dekabrın sonundan etibarən başa çatdırılacağını qeyd edirdi. Bank, Avro Bölgəsi iqtisadiyyatını deflyasiya təzyiqlərdən xilas etmək və etibarı yenidən təsis etmək məqsədilə 2.6 trilyon avroluq istiqraz alışı proqramına 2015-ci ilin Mart ayında başlamışdı.
Bakı vaxtı ilə saat 17:30-da AMB sədri Mario Draghi-nin mətbuat konfransı başlayacaq. Sədrin açıqlamaları bazarlar tərəfindən diqqətlə izlənəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
5 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 5 saat əvvəl
-
7 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək























