Dünya birjalarında itkilər 18.2 trilyon dollara çatıb
Qlobal birjalarda səhm investorları 2018-ci ilin əvvəlindən bu yana 18.2 trilyon dollar itiriblər (şirkətlərin səhmləri ucuzlaşır).
2017-ci ildə dünyanın illik istehsalı 75 trilyon dollar ətrafında olub. Qlobal birjalarda, bu il baş verən itki təxminən 20 Türkiyə iqtisadiyyatına bərabərdir.
"Marja" Bloomberg-ə istinadən xəbər verir ki, ABŞ Mərkəzi Bankının (Fed) faiz artırması və pul siyasətini sərtləşdirməsi birjalara mənfi təsir göstərir.
Fed-in ötən həftə faiz qərarının və açıqlamasının ardından səhmlərdə satışlar davam edir. Amerika birjası 1929-cu ilin böyük böhranından bu yana "itki nisbəti kimi" ən pis dekabr ayını keçirir. Üstəlik, ABŞ birjasında əməliyyat həcmi də Brexit-dən bu yana ən yüksək həddə çatıb.
Bazarlar, ABŞ - Çin ticarət müharibəsində "atəşkəs" rejiminə çox ümid bağlamışdı. Lakin atəşkəsin aydın olmaması ilə mövzunun ilk dəfə gündəmə gəldiyi Argentinadakı G20 toplantısından bu yana dünya birjalarında 6.5 trilyon dollar itki baş verib.
2018-ci il birjaların, 2008 maliyyə böhranından bu yana ən çox itki yaşadığı ildir.
Bloomberg, itkilərin səbəblərini belə sıralayıb:
-Qlobal iqtisadi durğunluq gözləntiləri,
-Gəlir əyrilərinin tərsinə dönməsi,
-ABŞ-ın bazardan dolları yığması və faizlərin artırılması,
-İqtisadi sürpriz indeksinin düşməsi,
-Avropanın yaşadığı problemlər,
-Çin iqtisadiyyatının yavaşlaması,
-Yaponiya iqtisadiyyatının kiçilməsi,
-Faizin artırılmasının şirkətlərin borc xərclərini artırması.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
3 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
3 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
3 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
4 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 5 saat əvvəl
-
5 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




















.jpg)




