Qəzaya uğrayan “Surov” gəmisində olan Azərbaycan vətəndaşlarının həyatı üçün təhlükə yoxdur
Krasnodar bölgəsinin Tamansk yarımadasında qəzaya uğrayan gəmidən xilas edilən və aralarında Azərbaycan vətəndaşları olan ekipaj üzvlərinin həyatı üçün təhlükə yoxdur.
Dövlət Dəniz Agentliyinin mətbuat xidmətindən bildirilib ki, bu gün Krasnodar bölgəsinin Tamansk yarımadasında baş verən güclü qasırğa nəticəsində Monqolustan bayrağı altında üzən “Surov” gəmisinin saya oturması barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə məlumat daxil olub.
Məlumatda, həmçinin bildirilib ki, Türkiyənin İskenderun limanından Rusiyanın Qafqaz limanına doğru hərəkət edən “Surov” gəmisində olan 11 ekipaj üzvünün doqquzu Rusiya və ikisi Azərbaycan vətəndaşıdır. Azərbaycan vətəndaşlarının taleyi ilə maraqlanmaq məqsədilə Milli Mərkəz tərəfindən dərhal müvafiq tədbirlər görülüb.
Novorossiysk Dəniz Xilasetmə Koordinasiya Mərkəzi ilə mövcud sistem vasitəsilə əlaqə yaradılaraq məlum olub ki, güclü qasırğa nəticəsində gəmi saya oturub və gəmi kapitanı tərəfindən Novorossiysk Dəniz Xilasetmə Koordinasiya Mərkəzinə yardımla əlaqədar müvafiq qaydada müraciət daxil olub. Operativ şəkildə həyata keçirilən xilasetmə əməliyyatları nəticəsində ekipaj üzvləri təxliyə edilərək “Uyut” mehmanxanasında yerləşdiriliblər. Xilas edilənlər arasında xəsarət alan yoxdur.
Hazırda Azərbaycan vətəndaşı olan ekipaj üzvlərinin vətənə yola salınması üçün müvafiq sənədlərin rəsmiləşdirilməsi prosesi həyata keçirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 17 saat əvvəl
- 19 saat əvvəl
- 20 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb



















