Qızılın qiyməti "etibarlı liman" alışları ilə 6 ayın zirvəsində!
Qızılın qiyməti, səhmlərin ucuzlaşması və qlobal iqtisadi artımın yavaşlamaqda olduğuna dair narahatlıqlar ilə "etibarlı liman" alışlarının artırmasının ardından yüksəlib.
"Apple" şirkətinin Çin iqtisadiyyatının yavaşladığına işarə edərək satış təxminini aşağı salması da narahatlıqların artmasına səbəb olub.
"Marja" xəbər verir ki, qızıl 0.4% dəyər qazanaraq unsiyası 1290.27 dollara qalxıb. Bu, 15 İyundan bu yana ən yüksək səviyyədir.
"Apple", ilk rüb üçün satış gəliri proqnozunu 89-93 milyard dollar aralığından 84 milyard dollara endirib. "Apple"ın İcraçı direktoru Tim Kuk investorlara göndərdiyi məktubda proqnozun azaldılmasına səbəb olaraq Çindəki zəifləməni, gözləntilərdən aşağı "iPhone" satışlarını, digər ölkələrdə yeni "iPhone" modellərinə tələbatın düşündükləri qədər güclü olmamasını göstərib.
"Apple" 20 ildir ilk dəfə satış proqnozunu aşağı salıb. "Apple"ın proqnozlarını aşağı salması, ABŞ və Çin arasında ticarət müharibəsinin dünyanın ən böyük iki iqtisadiyyatına zərər verməsinin əlaməti kimi qiymətləndirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
14 d. əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
-
18 d. əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 51 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
1 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 2 saat əvvəl
-
2 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
-
2 saat əvvəl
Unibank şəhid və qazi övladları üçün Şirvanda bayram tədbiri keçirib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb























.jpg)





