
Alan yoxdur - yenidən investisiya müsabiqəsinə çıxarıldı

“Daşkəsən Filizsaflaşdırma” ASC yenidən investisiya müsabiqəsinə çıxarılıb
Əmlak Məsələləri Dövlət Komitəsi müəssisənin səhmlərinin 99,22%-nin satışı üzrə müsabiqə elan edib
Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) yenidən “Daşkəsən Filizsaflaşdırma” ASC-nin səhmlərinin 99,22%-nin satışı üzrə investisiya müsabiqəsi elan edib.
ƏMDK-nın məlumatına görə, müəssisə “Metallurgiya kompleksində sağlamlaşdırma və restrukturizasiya tədbirlərinin həyata keçirilməsi haqqında” ölkə prezidentinin 13 iyul 2016-cı il tarixli sərəncamının icrasını təmin etmək məqsədi ilə “Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na və ölkə prezidentinin 17 iyul 2001-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları”na uyğun olaraq müsabiqəyə çıxarılıb.
Müsabiqədə yerli hüquqi və fiziki şəxsləri ilə yanaşı, xarici investorlar da iştirak edə bilərlər. İddiaçılar müəssisənin istifadəsində olan dəmir filizi mədənlərinin bazasında xammaldan son məhsula qədər istehsal zəncirini ölkə daxilində təmin edən klasterin yaradılması ilə bağlı ümumi dəyəri azı 600 mln. manat olan, 5 il ərzində icra olunacaq investisiya proqramı təqdim etməli, dövlət büdcəsinə azı 100 mln. manat ödəməlidir. Qalib investor isə azı1 000 yeni iş yeri yaratmalı, layihənin icrası ilə əlaqədar cəlb olunmuş məsləhətçi şirkətə 160 min manat pul ödəməli olacaq.
Səhmdar cəmiyyətinin özəlləşdirmə planı (emissiya prospekti) ilə tanış olmaq, investisiya müsabiqəsi haqqında əlavə məlumat əldə etmək, ərizə və təklifləri təqdim etmək üçün dekabrın 10-na qədər, hər gün saat 10:00-dan 17:30-a qədər ƏMDK-ya müraciət etmək olar. Təkliflərə 11dekabr 2019-cu ildə, saat 15:00-dan başlayaraq baxılacaq.
Xatırladaq ki, dəmir filizlərinin hasilatı və emalı müəssisəsi olan “Daşkəsən Filizsaflaşdırma” ASC-nin nizamnamə kapitalı 1 063 140 manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 2 manat olan 531 570 ədəd sənədsiz, adlı səhm əsasında formalaşıb. Bunun isə 527 447 ədədi investorlara təklif olunur.
Hazırda sənaye müəssisənin 304 işçisi, 18 857 261 manat öhdəliyi, o cümlədən 676 534 manat əmək haqqı və ona bərabər tutulan borcu, 5 426 223 manat dövlət büdcəsinə olan borcu, 1 504 262 manat Dövlət Sosial Müdafiə Fonduna olan borcu, 1 808 354 manat dövlət xidmətlərinə görə dövlət müəssisələrinə (elektrik enerjisi, qaz, su, kanalizasiya, dəmir yolu daşımaları) olan borcu, 3 168 693 manat mal, iş və xidmətlərə görə qeyri-dövlət müəssisələrinə olan borcu, 3 684 073 manat alınmış kreditlərə və onlara hesablanmış faizlərə görə borcu, 2 589 122 manat sair borcu, eləcə də 321 145 manat isə debitor borcu var.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Report
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

“OBA” marketlər şəbəkəsinin İnsan Resurslarında beynəlxalq standartlara uyğun yeni mərhələ: SAP HR moduluna uğurlu keçid
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 4 saat əvvəl
-
5 saat əvvəl
FAB Şirkətlər Qrupu Orta Asiya bazarına böyük həcmli ixraca hazırlaşır
-
-
5 saat əvvəl
"FED-in müstəqilliyini itirməsi halında qızılın qiyməti 5000 dollara çata bilər"
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mal-qaranın və keçi-qoyunların sayı ən aşağı həddə düşüb, ölkəyə ət idxalı 17,5 % artıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Qeyri-neft-qaz sektorun vergi daxilolmaları 690,4 milyon manat çox olub
-
6 saat əvvəl
"Rebuild Karabakh 2025"də sahibkarlar üçün ödənişsiz stend təklif olunur
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər

“OBA” marketlər şəbəkəsinin İnsan Resurslarında beynəlxalq standartlara uyğun yeni mərhələ: SAP HR moduluna uğurlu keçid

“Zamex”dən vətəndaş şikayətləri artıb

Azərbaycanda külək turbinləri istehsal oluna bilər - Türkiyə şirkətlərilə görüş keçirilib, Azərbaycana dəvət olunublar

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

“Azərşin” ləğv oluna bilər

"Maybo" şirkətinin xalis mənfəəti kəskin artıb

Yanğın hadisələri üzrə fermerlərə 29 min manat ödəniş edilib

AZCON-da yeni təyinat olub

Özəl bank dövlət bankının səhmdarları sırasına daxil olub

"Prime Cotton" 30 illik yubileyində pambıqçılar üçün ənənəvi “Açıq Tarla Günü”nü keçirdi

Batareya Saxlanc Sistemləri qurulur - Azərbaycanda deyil, bütövlükdə MDB-də ilk olacaq
