"Alma" kəskin düşdü - "ƏRİYİR"
Gəlir proqnozunu aşağı salmasından sonra "Apple"ın dəyəri sürətlə "əriməyə" davam edir. Şirkətin səhmlərində 6 ilin ən kəskin ucuzlaşması baş verib.
"Marja" xəbər verir ki, ağıllı telefon istehsalçısı "Apple" Çindəki zəif tələb ilə əlaqədar olaraq 20 ildir ilk dəfə gəlir proqnozunu aşağı salıb.
"Apple"ın bir səhminin qiyməti Nyu Yorkda 9,96%-lik böyük ucuzlaşma ilə 142,19 dollara qədər geriləyib. Beləliklə, şirkətin səhmləri son 1,5 ilin ən aşağı səviyyəsini görüb. Bu vəziyyət dünyadakı digər bazarları da sarsıtıb. Asiyadakı "Apple" tədarükçülərinin səhmlərində də böyük ucuzlaşma baş verib.
"Apple"ın bazar dəyəri 75 milyard dollar da "əriyib" və təxminən beş ilin ən aşağı bazar dəyərinə geriləyib. Şirkətin bazar dəyəri ötən il 1 trilyon dolları keçmişdi. O vaxtdan bu yana dəyərin 38%-i "əriyib".
Dou Cons indeksi 2,83 faiz, S&P 500 indeksi 2,48%, Nasdaq indeksi 3,04 faiz dəyər itirib.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
"Apple", ilk rüb üçün dövriyyə gözləntisini 89-93 milyard dollar aralığından 84 milyard dollara endirib. "Apple"ın İcraçı direktoru Tim Kuk investorlara göndərdiyi məktubda proqnozun azaldılmasına səbəb olaraq Çindəki zəifləməni, gözləntilərdən aşağı "iPhone" satışlarını, digər ölkələrdə yeni "iPhone" modellərinə tələbatın düşündükləri qədər güclü olmamasını göstərib.
"Apple" 20 ildir ilk dəfə satış proqnozunu aşağı salıb. "Apple"ın proqnozunu aşağı salması, ABŞ və Çin arasında ticarət müharibəsinin dünyanın ən böyük iki iqtisadiyyatına zərər verməsinin əlaməti kimi qiymətləndirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
3 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
3 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
3 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
5 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 5 saat əvvəl
-
5 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























