Fed sədri çıxış etdi - "Tramp istəsə belə istefa vermərəm"
"Fed səbrli olacaq və çevik siyasətləri ilə hazırlıqlı olacaqdır"
ABŞ Mərkəzi Bankının (Fed) sədri Cerom Pauel (Jerome Pauell) Atlantada iştirak etdiyi konfransda, "Xərclər göstəricisi müsbətdir və inflyasiya qorxusu yaratmır" - deyib.
"ABŞ göstəriciləri yeni ildə yaxşı bir momentum tutacağını göstərir" deyən Pauel, "2018-ci il ABŞ iqtisadiyyatı üçün yaxşı bir ildi. Məşğulluq göstəriciləri olduqca güclü idi", -şəkilində əlavə edib.
Fed-in risk narahatlıqlarına dair bazarları diqqətli şəkildə dinlədiyini deyən Cerom Pauel, "Fed səbrli olacaq və çevik siyasətləri ilə hazırlıqlı olacaq" deyib.
Pauell, "Fed-in mədəniyyəti siyasi deyil və çox güclüdür. Bu mədəniyyət Fed-in DNT-sində var və pozulmazdır. ABŞ Prezidenti Donald Tramp istəsə belə istefa vermərəm" deyib.
Pauelin "Fed səbrli olacaq" deməsilə əlaqədar olaraq Dollar yenidən mühüm valyutalar qarşısında dəyər itirib. Bakı vaxtı ilə saat 20:00-da Avro/Dollar məzənnəsi 1.1411 səviyyəsinə qalxıb.
Qeyd edək ki, Bakı vaxtı ilə saat 17:30-da ABŞ-da məşğulluq, işsizlik və əməkhaqqı göstəriciləri açıqlanmışdı. , ABŞ-da kənd təsərrüfatı xaric məşğulluq Dekabrda 312 min artıb. Proqnoz 178-184 min aralığında idi.Kənd təsərrüfatı xaric məşğulluğun proqnozdan yüksək olması və maaşların artması ilə əlaqədar olaraq Dollar bahalaşmşdı. Avro/Dollar məzənnəsi 1.1405 səviyyələrindən 1.1353 səviyyələrinə geriləmişdi (saat 18:30-a olan məlumat). Dollar Avro qarşısında 0,4% dəyər qazanmışdı.
Dolların 10 mühüm valyuta qarşısında dəyərini göstərən Bloomberg Dollar İndex 0,3% yüksələrək 1197.28 bəndə qalxmışdı. Dolların 6 mühüm valyuta qarşısında gedişini göstərən Dollar İndex də 0,3% artımla 96.56-ya çatmışdı (saat 18:40-a olan məlumat).
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
9 d. əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
-
13 d. əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 46 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
1 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 2 saat əvvəl
-
2 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
-
2 saat əvvəl
Unibank şəhid və qazi övladları üçün Şirvanda bayram tədbiri keçirib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























