ABŞ-ın xam neft ehtiyatları artıb
ABŞ Enerji İnformasiya İdarəsi (EIA) ölkədəki kommersiya məqsədli (satış) xam neft ehtiyatlarının keçən həftə 7 min barel (0,01%) artımla 441,4 milyon barelə yüksəldiyini açıqlayıb. "Marja" xəbər verir ki, bazar proqnozu ehtiyatların 3,1 milyon barel azalacağı istiqamətində idi. Xam neft ehtiyatları bir əvvəlki həftə 46 min barel azalmışdı.
Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları isə keçən həftə bir əvvəlki həftə ilə müqayisədə dəyişiklik göstərməyərək 649,1 milyon barel səviyyəsində sabit qalıb.
Söz mövzusu dövrdə ABŞ-ın benzin ehtiyatları isə 6,89 milyon barel (3%) artımla 240 milyon barelə yüksəlib. Benzin ehtiyatlarına dair bazar proqnozu 2 milyon barel artım olacağı idi. Benzin ehtiyatları bir əvvəlki həftə 3 milyon barel artmışdı.
ABŞ-ın xam neft idxalı keçən həftə bir əvvəlki həftə ilə müqayisə gündəlik ortalama 264 min barel azalaraq 7,39 milyon barelə, ixracı da gündəlik ortalama 732 min barel azalma ilə 2,24 milyon barelə geriləyib.
NEFT İSTEHSALI AZALIB
Ölkənin xam neft istehsalı keçən həftə bir əvvəlki həftə ilə müqayisədə gündəlik ortalama 2 min barel azalıb. Gündəlik ortalama xam neft istehsalı ölkənin Alaska əyalətində 2 min barel azalarkən, digər əyalətlərdə isə dəyişiklik göstərməyib.
Beləcə, ötən həftə ABŞ-ın xam neft istehsalı təxminən gündəlik ortalama 11,7 milyon barel səviyyəsində reallaşıb. Hasilat son 51 həftədə 11- inçi dəfə azalma göstərib.
EIA-nın "Dekabr 2018 Hesabatına" görə, ölkənin gündəlik ortalama xam neft istehsalının gələn il 12,1 milyon barelolacağı təxmin edilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
31 d. əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
47 d. əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
51 d. əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
2 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 2 saat əvvəl
-
2 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





















.jpg)






