“İlin Ən Sevilən Şirkəti” adına layiq görülüb
(®) Azercell “İnsanların Seçimi üzrə Stevie Mükafatı” ilə telekommunikasiya sahəsi üzrə “İlin Ən Sevilən Şirkəti” adına layiq görülüb.
Azərbaycanın mobil rabitə bazarının lider mobil operatoru “Azercell Telekom” MMC nailiyyətləri sırasına “İnsanların Seçimi üzrə Stevie Mükafatı”-nı əlavə edərək, telekommunikasiya sahəsi üzrə “ İlin Ən Sevilən Şirkəti” adını qazanıb. Məlumat üçün bildirək ki, məhz bu nominasiya çərçivəsində şirkətlər beynəlxalq səviyyədə aparılan açıq səsvermə yolu ilə dəyərləndirilib. Ümumilikdə, sorğuda 22 mindən çox insan iştirak edib. Qaliblər 74 xalqı təmsil edən şirkət və fərdlər tərəfindən irəli sürülmüş 3900-dən artıq namizəd arasından seçilib. 2018-ci ildə ölkəmizdə mobil rabitənin keyfiyyətinin yüksəldilməsi, regionlarda 4G şəbəkəsinin genişləndirilməsi, ölkənin bütün bölgələrində abunəçilərin sürətli internetə çıxışının təmin olunması, müasir xidmətlərin, eləcə də yeni biznes həllərinin tətbiq edilməsi, abunəçi xidmətlərinin modernləşdirilməsi, həmçinin mobil texnologiyalar vasitəsilə həyatın asanlaşdırılması istiqamətində keçirilən layihə və bir sıra digər təşəbbüslər Azercell şirkətinin bu mükafatı qazanmasına əsas verib.
Məlumat üçün bildirək ki, "Stevie" mükafatının məqsədi dünyanın müxtəlif ölkələrində uğur qazanmış şirkətlərin tanıdılmasıdır. Müsabiqənin missiyası nümunəvi təşkilatların profilinin yüksəldilməsi, mətbuat, işgüzar aləm və geniş ictimaiyyət arasında fərqlənən qurumların fəaliyyətinin beynəlxalq səviyyədə qiymətləndirilməsidir.
Qeyd edək ki, Azercell Telekom 2018-ci ildə, həmçinin "İlin Telekommunikasiya Şirkəti” və "İlin Korporativ Sosial Məsuliyyət Proqramı (Avropa üzrə)” nominasiyalarında Bürünc "Stevie” mükafatına layiq görülüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
6 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur











.jpg)








